Erməni deputatı: “Gorus-Qafan yolu Ermənistanın sərhədlərinə daxil deyil” REALLIQ
Ermənistan parlamentinin deputatı, hakimiyyəti təmsil edən “Vətəndaş sazişi” partiyasının nümayəndəsi Vaaqn Aleksanyan Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı ünvanlandığı sualına cavab olaraq bildirib ki, artıq bu barədə razılaşma əldə olunub. SİA xəbər verir ki, erməni deputatı bu barədə 1.in erməni saytına açıqlamasında bildirib.
Erməni jurnalistinin Gorus-Qafan yolu ilə əlaqəli sualına da müvafiq cavab verən deputat deyib: “Söhbət 9 (10-R.R.) noyabrdan sonra Azərbaycanın nəzarəti altına keçən məntəqədən gedir elə deyilmi? Əgər belədirsə, xeyr, Gorus-Qafan Ermənistanın sərhədlərinə daxil deyil".
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB