"Vətən müharibəsində Ali Baş Komandanın ən yaxın silahdaşı Mehriban xanım Əliyeva oldu" - DEPUTAT ŞƏRH ETDİ
"27 sentyabr 2020-ci il Azərbaycan xalqının hərbi-siyasi tarixinə Zəfərlə başa çatacaq Vətən müharibəmizin başladığı gün kimi düşüb". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
Onun sözlərinə görə, 27 sentyabr torpaqlarımızın işğaldan azad edilməsi uğrundə apardığımız müharibədə qəhrəman övladlarımızın şəhid olaraq öz qanları ilə Vətən torpaqlarını bir daha müqəddəsləşdirdikləri gündür: "Ona görə də biz 27 sentyabrı "Anım Günü" kimi qeyd edirik. Bu vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinin Azərbaycan xalqının yaddaşında əbədi qalması üçün edilir. Məhz belə bir gündə Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş torpaqlarımıza səfər etməsi xüsusi əhəmiyyət kəsb edir.
Füzuli rayonu ərazisində ilk şəhidlərimizin əziz xatirəsinə həsr olunan xatirə abidəsinin ucaldılması isə Azərbaycan əsgərinin qəhrəmanlığının milli hafizəmizə əbədi yazılması üçündür. Biz 30 il həsrətlə təmas xəttindən o tərəfə baxaraq xəyallar qurduq. Bəzən dünyanın haqsızlığı, beynəlxalq təşkilatların ikili standartlar siyasəti ucbatından ümidsizliyə də qapıldıq. Ancaq müzəffər Ali Baş Komandanımız öz güclü, ordusu ilə bütün ədalətsizliklərə və haqsızlıqlara son qoydu. Bu kritik tarixi mərhələdə Birinci vitse-prezident Mehriban xanım Əliyeva Ali Baş Komandanımızın ən yaxın silahdaşı oldu. İndi isə şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsində, onların ailələrinin qayğı ilə əhatə olunmasında, Böyük Qayıdışın gerçəkləşdirilməsində bu fəaliyyət davam etdirilir. Ona görə də bu fəaliyyət və fədakarlıq heç vaxt Azərbaycan xalqının yaddaşından silinməyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB