"Prezident İlham Əliyev Avropada ən arzulanan şəxsdir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Prezident İlham Əliyev Avropada ən arzulanan şəxsdir. Avropa İttifaqı dövlət başçıları da görüşlərdə bunu açıq şəkildə ifadə edirlər". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Çex Respublikasının baş naziri Petr Fialanın və Aİ Şurasının prezidenti Şarl Mişelin dəvəti ilə Praqaya səfəri və "Avropa siyasi birliyi" Zirvə Toplantısında iştirakı İlham Əliyevin şəxsiyyətinə hörmət və mühüm məsələlərin həllində onun mövqeyinin dünya düzəni üçün əhəmiyyətinin göstəricisidir: "Dövlət başçımızın düşünülmüş və ədalətə söykənmiş siyasi kursu nəinki regionda, həm də ayrı-ayrı qitələrdə yerləşən dövlətlərin münasibətlərinin yenidən formalaşmasına töhfə verir. Həm də ölkə başçımızın müəllifi olduğu və bir neçə il əvvəl reallaşdırdığımız enerji layihələri və nəqliyyat dəhlizləri bu gün bəzi ölkələr arası ziddiyyətlərin kəskinləşdiyi dövrdə əsas ümid yerinə çevrilib".
Deputat sözlərinə belə davam edib: "Avropa təbii enerji böhranı ilə üzləşdiyindən bu gün Azərbaycan qazı alternativsiz yeni mənbə olmuşdur. Gələcəkdə nəzərdə tutulan elektrik enerjisinin ixracı ilə bağlı planlarımız və ixrac etdiyimiz təbii qaz həcmlərin artırılması Azərbaycanın beynəlxalq arenada siyasi-iqtisadi mövqelərini möhkəmlədir. Ölkə başmızın Praqaya səfəri çərçivəsində keçirdiyi görüşlərdə öz Liderliyinin nümayişi ölkəmizin milli maraqlarını nəzərə alınmaqla Cənubi Qafqaz regionuna dayanıqlı sülhün gəlişinə təkan vermişdir.
Bu gün Azərbaycan ərazicə dünya xəritəsində o qədər böyük ölkə olmasa da, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində nəhəng, sözünə hamının hörmətlə yanaşdığı nüfuzlu ölkəyə çevrilmişdir. Ona görə də ölkəmizin uğurlarını həzm edə bilməyən və qısqanclıqla yanaşan dairələr bizə qarşı öz istəklərini reallaşdıra bilmir və mövqeymizlə razılaşmalı olurlar. Hesab edirəm ki, yaxın gələcəkdə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında yeni zirvələri fəth edəcək".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB