“MDTF-nin yaradılması vaxtında verilmiş bir qərar idi” - PA RƏSMİSİ
“Hər bir xalqın ideoloji xətti və bu ideoloji xətt üzrə aparılan işin səmərəliliyi və gətirdiyi nəticələr önəmlidir”. SİA-nın verdiyi məlumata görə, bu sözləri Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsində böyük məsləhətçisi Əliheydər Zülfüqarov Mənəvi Dəyərlərin Təbliği Fondunun yaranmasının 5-ci ildönümünə həsr olunmuş “Mənəvi dəyərlər və dövlət siyasət” adlı hesabat-konfransında çıxış edərkən bildirib.
Onun sözlərinə görə, məlumdur ki, dünyada milli və mənəvi dəyərlərə bağlı olan xalqların bu dəyərləri qoruyub gələcək nəsillərə ötürməsi ən öndə məqsədlərdən biridir: “Milli və mənəvi dəyərlərin təbliğinin əhəmiyyəti bizim üçün həmişə vacib məqamlardan biri olub. Bu baxımdan Prezident İlham Əliyevin qərarı ilə ölkədə Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması bunun bariz nümunəsidir. Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması vaxtında verilmiş bir qərar idi. Məlumdur ki, azərbaycançılıq ideologiyasının banisi Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi siyasət və bu gün Onun davamçısı olan Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət milli və mənəvi dəyərlərin gücləndirilməsinə yönəlib”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB