Biləsuvarda şəhidlərin ildönümləri qeyd olunub

Biləsuvarda şəhidlərin ildönümləri qeyd olunub

Oktyabr ayının 10-da 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Biləsuvar rayonunun Çaylı kəndindən olan şəhid Kərimov Elvin Mürşüd oğlunun və Amankənd kəndindən olan şəhid Sarıyev Vüqar Fikrət oğlunun şəhadətlərinin ikinci ildönümləri qeyd olunmuşdur. Mərasimdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, RİH-i başçısının birinci müavini Azər Cəfərli, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak edərək şəhidlərimizin əziz xatirələrini ehtiramla anıb, ruhlarına dualar oxuyub və valideynlərinə başsağlığı veriblər.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə