YAP böyük uğurlara imza atan partiyadır

YAP böyük uğurlara imza atan partiyadır

YAP Tərtər rayon təşkilatı “Heydər Əliyev prospekti 41” ünvanında yerləşən ərazi partiya təşkilatında Yeni Azərbaycan Partiyasının (YAP) təsis olunmasının 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.10 oktyabr 2022- ci il tarixdə keçirilmiş tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası yarandığı zamandan şərəfli bir yol keçib və ümumxalq partiyasına çevrilib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin qətiyyəti və iradəsi hesabına yaradılan və bu gün istər ölkə daxilində, istərsə də regionda lider partiya olan Yeni Azərbaycan Partiyası yarandığı zamandan həm ölkə daxilində cərəyan edən siyasi proseslərdə, həm də beynəlxalq əlaqələrdə böyük uğurlara imza atıb.

Sonra çıxış edənlərdən - Möhsünlü Səltənət, Aslanova Elza və Süleymanov Həsən bildirdilər ki, Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsi ilə qarşılaşdığı zamanda 1992-ci ilin noyabr ayının 21-də yaradılan Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli rol oynadı. Müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır. Qısa zaman kəsiyində, YAP siyasi hakimiyyətə gəldi. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyanın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə