“Azərbaycanın uğurları Ermənistanı qıcıqlandırır” - SİYASİ EKSPERT ŞƏRH ETDİ
“Ölkəmizin “Avropa siyasi birliyi” Zirvə toplantısına dəvət olunması Azərbaycanın Avropa ölkələri və Avropa İttifaqi ilə siyasi əlaqələrinin yaxşı səviyyədə olduğunu göstərir. Bunu tədbir zamanı ölkə başçımızın görüşləri və göstərilən münasibətdən də sezmək olar”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan Avropada etibarlı tərəfdaş kimi tanınır: “Təsadüfi deyildir ki, Praqada keçirilən görüşdən əvvəl Bolqarıstanda enerji ilə bağlı yeni layihənin açılışı oldu və dövlət başçımızın enerji siyasəti ilə bağlı bu tədbirdə ümidverici fikirlər səsləndi.
Əlbəttə ki, ölkəmizin bütün bu uğurları Ermənistanı qıcıqlandırmaya bilmir. Azərbaycan bugün bölgənin və Avropanın enerji təhlükəsizliyinə töhvə verdiyi halda, Ermənistan yalnız hər yerdən kömək umur.
Praqada keçirilən sammitdə Azərbaycan və Türkiyənin müstəsna rolunu və iştirakını müşahidə etdik. Hər iki dövlət başçısına sammitdə xüsusi hörmət və rəğbət göstərildi. Bu onu göstərir ki, Avropa İttifaqı Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərqərar olmasında Türkiyə və Azərbaycana etimad göstərir. Bundan başqa Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən danışıqlarda daha səmimi bir ortam mövcuddur, hiss olunur ki, Ermənistan da bu qurumun vasitəçiliyi ilə keçirilən danışıqlara daha çox etimad edir. Bu baxımdan Praqada keçirilən sammitin davamı olaraq Ermənistanla Azərbaycan arasında Brüsseldə sülh müqaviləsinin imzalanmasının yaxın aylarda baş tuta biləcəyini ehtimal etmək olar. Sözsüz ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşma prosesi də bu prosesin ayrılmaz tərkib hissəsi və bu prosesdə Ermənistana təzyiq üçün mühüm əhəmiyyət kəsb edir. Praqa sammiti eyni zamanda uzun zamandan sonra Türkiyə və Ermənistan rəhbərlərinin konstruktiv məcrada görüş ilə yadda qaldı. Əlbəttə ki, Türkiyə də öz növbəsində Ermənistanla sərhədlərin açılmasında Qərblə münasibətlər baxımından maraqlı görsənir”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB