“Bu, Azərbaycan Prezidentinə olan böyük hörmətin təzahürüdür” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Bu, Azərbaycan Prezidentinə olan böyük hörmətin təzahürüdür” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Bildiyimiz kimi, cənab İlham Əliyev Çex Respublikasının baş naziri Petr Fialanın və Aİ Şurasının prezidenti Şarl Mişelin dəvəti ilə “Avropa siyasi birliyi”nin Zirvə toplantısında işitrak etdi. Bu, ilk növbədə Azərbaycan Prezidentinə olan böyük hörmətin təzahürüdür”. Bu sözləri SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.

Onun sözlərinə görə, səfər çərçivəsində cənab İlham Əliyevin istər dörd tərəfli görüşlər, istər Prezidentin orada bir sıra Avropa liderləri ilə görüşləri, istərsə də Azərbaycan Prezidentinə Avropa Birliyinə üzv ölkələrinin yanaşması olsun, o cümlədən də ilk xatirə fotosunda da İlham Əliyevin ön sırada yer alması bir daha onu göstərir ki, Prezidentimizin şəxsiyyətinə çox böyük hörmət var: “Biz bunu bir neçə gün əvvəl Bolqarıstan səfərində də gördük. Burada da Avropa İttifaqına üzv ölkələrin liderləri tərəfindən İlham Əliyev haqqında səsləndirilən fikirlər bir daha onu göstərir ki, Azərbaycan Prezidentinin şəxsiyyətinə böyük hörmətlə yanaşılır”.

Deputat sözlərinə belə davam edib: “Cənab Prezidentin son illər ərzində irəli sürdüyü təşəbbüslər birmənalı olaraq yüksək qiymətləndirilir və dəstəklənir. Cənab İlham Əliyevlə dünyanı narahat edən bir sıra vacib məsələlər haqqında müzakirələr aparılır, onun fikrinə böyük önəm verilir və diqqətə alınır.

Bunlar hər biri həyata keçirildikdə bir daha onu göstərir ki, cənab İlham Əliyevin bütün mühim məsələlərdə mövqeyi və rəyi nəzərə alınır. Praqa görüşündə də həyata keçirilən müzakirələr bunu bir daha sübut etdi”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə