Türkiyənin Azərbaycandakı səfiri "Şuşa" medalı ilə təltif olunub - FOTO
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “Şuşa” medalı ilə təltif olunub.
SİA xəbər verir ki, bunu diplomat "Twitter"də yazıb.
C.Bağçı bildirib ki, “Şuşa ili”ndə bu medalla təltif olunmaq onun üçün böyük şərəfdir. O, Azərbaycan mədəniyyət naziri Anar Kərimova təşəkkür edib.
“Şuşa Bəyannaməsinin tələbləri çərçivəsində Türkiyə-Azərbaycan əlaqələrinin bütün sahələrdə inkişafı üçün səylə çalışırıq”, - səfir vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB