YAP İmişli rayon təşkilatının “Xəlfəli” kənd ərazi partiya təşkilatında “Avropa ilə əməkdaşlıq genişlənir” adlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və əməkdaşlar, partiya fəalları, Xəlfəli, Kürdmahmudlu və Hacalmuradlı kənd sakinləri iştirak ediblər.
İlk öncə İmişli rayon Xəlfəli kəndinin girişində Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa edilmiş xatirə lövhəsinin qarşısına gül qoyulub.
Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, Azərbaycanın xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi xüsusi yer tutur. Son vaxtlar dövlətimizin başçısının bu istiqamətdə atdığı qətiyyətli addımlar, istər xarici səfərləri, istərsə də beynəlxalq tədbirlərdə iştirakı Azərbaycanın qüdrətli ölkələr sırasına qoşulmasından xəbər verir. Prezident İlham Əliyev həmin səfərlər zamanı keçirdiyi görüşlərdə və mühüm beynəlxalq tədbirlərdə çıxışlarında Cənubi Qafqazdakı mövcud reallıq barədə ətraflı məlumat verir, Vətən müharibəsində məğlubiyyətə uğrayan Ermənistanın müharibənin başa çatmasından iki il vaxt keçməsinə baxmayaraq, hələ də sülh müqaviləsini imzalamaqdan yayındığını dünya ictimaiyyətinin diqqətinə çatdırır.
Tədbirdə çıxış edən “Xəlfəli” ərazi partiya təşkilatının sədri Rauf Novruzov qeyd edib ki, Azərbaycanın son illərdə Cənubi Qafqazda yaratdığı yeni reallıqların beynəlxalq aləmdə qəbulu xüsusi əhəmiyyət kəsb edir. Çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-Bolqarıstan münasibətləri hazırda da inkişaf etməkdədir.
Tədbirdə çıxış edənlər vurğulayıblar ki, dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu enerji siyasəti xalqımız tərəfindən yekdilliklə dəstəklənir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB