"Ermənilərə ilk cəzanı elə 44 gün içində Azərbaycan ordusu vermiş oldu" - POLİTOLOQ ŞƏRH ETDİ
"Gəncə terroruna görə dünya tərəfindən ermənilərin qınaq obyektinə gətrilməsinə əmin olub-olmamağımız üçün təklif edərdim ki, tarixə nəzər yetirək. Hətta, çox uzaq tarixə deyil, elə son 30 ildə ermənilərin bizim başımıza gətirdikləri hadisələrə, o cümlədən Qaradağlı faciəsinə və Xocalı soyqrımına görə mənfur qonşularımıza qarşı dünyanın tutduğu mövqeyə diqqət etsək, Gəncə terroru ilə bağlı məsələyə müəyyən mənada işıq tutmaq olar". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elçin Abdullayev bildirib.
Onun sözlərinə görə, nə Qaradağlı faciəsinə görə, nə Xocalı soyqrımına görə, nə də başımıza gətirdikləri digər oyunlara görə dünya gücləri tərəfindən ermənilər nəinki cəzalandı, heç onlara gözün üstə qaşın var kəlməsi belə deyilmədi: "Məhz bu cür münasibətin nəticəsi idi ki, 44 günlük savaş boyunca Ermənistan dövləti azğınlaşaraq tam müharibə qanunlarına zidd addımlar atıb, mülki insanlarımızın yaşadığı şəhərlərə o cümlədən Gəncə və Tərtərə dəfələrlə raket zərbələri endirdilər. Yəni bu o deməkdir ki, 2020-ci il 4 oktyabrında baş verən Gəncə terroru, Qaradağlı və Xocalı soqrımına görə cəzasızlıqdan doğan hadisə idi. Məhz bu cür ikili standartlar dünyamızı dalana soxdu. Artıq dünyanın mövcud sistemi çöküb. Təsəvvür edin, Birləşmiş Millətlər Təşkilatı kimi zamanında nüfuz olan bir qurumun imici ayaqlar altında sürünür. Hansı ki, ermənilər üzərində məlum 4 qətnaməni belə icra etmək gücündə olmayan bir təşkilatdan, BMT-dən söhbət gedir. Sonda nə oldu 30 il BMT-in icra emədiyi qətnamələri Azərbaycan dövlət olaraq öz üzərinə götürdü və cəmi 44 gün ərzində erməniləri işğal etdikləri torpaqlarımızdan çıxartdı. Beləliklə ermənilərə ilk cəzanı elə 44 gün içində Azərbaycan ordusu vermiş oldu.
Əminəm ki, son illər daha da nüfuzunu artıran Azərbaycan dövləti, hərb meydanında qazandığı qalibiyyətinin davamını diplomatik masadada gətirəcək. Beləliklə Ermənistanın cəzasını bu dəfə də siyasət meydanında verməklə hüquqi müstəviyə keçirə biləcək. Çünki, hal-hazırda beynəlxalq hüququn işlək hala gətirilməsi, mütləq güc və qüvvət amili mühüm rol oynayır. Güclü olmalısan ki, haqqını və hüququnu təmin edə biləsən. Azərbaycan isə həm regionda, həm də dünyada baş verən hadisələrin fonunda beynəlxalq arenada nüfuz dairəsini genişləndirməkdədir. Odur ki, Azərbaycan hər ötən gün qüdrətini artırdıqca, məndə ermənilərin bizə yaşatdıqları facilərə, o cümlədən də Gəncə terroruna görə cavab verəcəkləri ilə bağlı əminlik artır.
Bir sözlə, 44 gündə olduğu kimi, bu məsələdə də öz göbəyimizi özümüz kəsməliyik deyə düşünürəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB