"Azərbaycan ilə Ermənistan arasındakı münasibətlər normallaşsa..." - SABİQ SƏFİR AÇIQLADI

"Azərbaycan ilə Ermənistan arasındakı münasibətlər normallaşsa..." - SABİQ SƏFİR AÇIQLADI

"Dünən Praqa tarixi zirvə görüşü baş tutdu. Birincisi, ilk dəfə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan baş naziri Nikol Paşinyan təkbətək görüşdü". Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

Onun sözlərinə görə, ikincisi, uzun müddətdən sonra ilk dəfə Türkiyə Cümhuriyyəti ilə Ermənistan arasında ən yüksək səviyyədə görüş baş tutdu: "Zirvə toplantısının ən gözəl məqamlarından biri də iki qardaş ölkə - Türkiyə ilə Azərbaycan rəhbərlərinin birlikdə çəkdirdiyi fotoları oldu. Azərbaycan ilə Ermənistan arasındakı münasibətlər normallaşsa, Türkiyə ilə Ermənistan münasibətləri də normallaşa bilər. Praqada keçirilən zirvə toplantısı çox uğurlu keçdi. Bildiyimiz kimi həmçinin Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqının Prezidenti Şarl Mişel və Fransa Prezidenti Emmanuel Makron arasında görüş keçirildi. Ümid edirik ki, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi bağlanacaq. Bu barədə Türkiyə öz dəstəyini verməyə hazırdır".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə