Yalana inanmağa hazır olan AXMAQLAR ÜÇÜN YALANLAR – TƏHLİL

Yalana inanmağa hazır olan AXMAQLAR ÜÇÜN YALANLAR – TƏHLİL

Ermənistan ictimaiyyəti indi dərk edir ki, Nensi Pelosinin səfərinin hər şeyi dəyişəcəyi nağılına inanmaq lazım deyilmiş. Bir qədər əvvəl Nensinin gəlişini az qala “qurtuluş” kimi qələmə verənlər belə yanıldıqlarını etiraf etməkdədirlər, çünki nəticə və reallıqlar göz önündədir. Göz önündə olan reallıqlar, həqiqətlər yenə də ermənilər üçün soyuq duş effekti vermiş oldu. Ona görə ki, ABŞ-dan gələn bu yaşlı qadının Ermənistanda dedikləri elə orada da qaldı.

Biz Rusianın timsalında bir çox ölkələrə ABŞ-ın yeni-yeni sanksiyalar tətbiq etməsi barədə xəbərlərə alışmışıq və bir çox yerlərdə bu artıq adi xəbər kimi qarşılanır. Məsələ burasındadır ki, Amerikanın yeni sanksiyalarına bu dəfə Ermənistan adi xəbər kimi baxa bilmir, çünki bu dəfə sanksiyalar təkcə Rusiya və Belarusa qarşı deyil. Bu dəfə artıq Ermənistanın özünün ABŞ sanksiyalarına məruz qalan fiziki və hüquqi şəxslərinin siyahısı dərc olunub. Həmin siyahı təkcə narahatlıq doğurmayıb və erməni cəmiyyəti üçün təhlükə kimi dəyərləndirilib.

İşğalçı ölkənin hakimiyyətyönlü ruporları iddia edirdilər ki, guya sanksiyalardan özləri yan keçə biləcəklər. İddia edirdilər ki, guya sanksiyalar Azərbaycana qarşı ola bilər və nəticə də tez bir zamanda ortada olacaq. Nəticə, əlbəttə ki, başqa məqamlardan xəbər verir. Ermənilər özləri də görürlər ki, Azərbaycana qarşı heç bir sanksiya yoxdur və olması da gözlənilən deyil. Deməli, belə çıxır ki, Ermənistan hakimiyyəti, daha dəqiq desək, Nikol Paşinyan və onun ətradı yenə də erməni xalqını aldadıb. Bəli, ermənilər yenə də aldadılıblar və aldanmış vəziyyətdə özlərini hiss edənlər bunu açıq şəkildə etiraf da edirlər. Xüsusi olaraq, Ermənistana məxsus mətbuat səhifələrində bunu müşahidə edirik və görürük ki, bir çox erməni politoloqlar, hətta siyasi fəallar açıq-aşkar aldadıldıqlarını dilə gətirirlər.

Bəli, şənbə günü Bolqarıstanın paytaxtı Sofiyada Yunanıstan-Bolqarıstan qaz birləşdiricisinin açılış mərasimində Azərbaycan Prezidenti, cənab İlham Əliyev Cənub Qaz Dəhlizinin qitənin ən böyük infrastruktur layihələrindən biri olduğunu qeyd etməsi diqqətdən yayına bilməzdi, yayınmadı da. Bu fikrin həqiqət olmasını kimsə təkzib də edə bilməz. Buna heç, hər şeyi təhrif etməyi özlərinə rəva bilən ermənilər belə cəsarət etmirlər. Çünki əvvəla, Azərbaycanın uzun illərdir beynəlxalq bazarlarda və ilk növbədə Avropa bazarlarında etibarlı neft tədarükçüsü olduğunu yaxşı bilirlər. Bilirlər ki, bu qədər illərdən sonra, bu qədər uğurlardan sonra Azərbaycan artıq həqiqətən də indi Avropanın etibarlı qaz tədarükçüsü sayılır. Bunu onlar, başda Avropa Komissiyasının sədri Ursula fon der Leyen olmaqla, bir çox Avropa siyasətçilərinin dilindən də dəfələrlə eşidiblər. Bir sözlə, həqiqətlər, reallıqlar qarşısında ermənilər acizdirlər və bilirlər ki, buna qarşı fikir belə bildirə bilməyəcəklər. Hətta onu da görürlər ki, Prezidentimiz bu arada Azərbaycanın tezliklə Avropanın etibarlı elektrik enerjisi təchizatçısı olacağını da cəsarətlə bəyan edir. Deməli, dərk etmək məcburiyyətindədirlər ki, belə bir şəraitdə ABŞ-ın Azərbaycana qarşı sanksiyaları tətbiq edəcəyini gözləmələri belə çox böyük bir axmaqlıqdır.

Xatırladığımız kimi, bir qədər əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana səfər edərkən ermənilər xam xəallara düşmüşdülər. Hadisələrin bundan sonra tamamilə fərqli məcrada davam edəcəinə bərk ümid bəsləyirdilər. Az qalırdılar ki, yenə də dünyaya meydan oxusunlar və özlərini indidən qalib kimi hiss etsinlər. Hətta əllərindən çıxan işğalda saxladıqları torpaqlarda tez bir zamanda yenə də məskunlaşacaqları barədə xəyallar da qururdular. Amma indi görürük ki, qısa müddət əvvəl Nensi Pelosinin Ermənistana gəlişindən ruhlanan, hətta havalanan ermənilər indi tamamilə başqa fikirdədirlər. ABŞ-dan Ermənistana gələn bu qoca, yaşlı qadının gəlişi ilə vəziyyətlərinin dəyişəcəyini söyləyənlər yanıldıqlarını da açıq şəkildə ifadə edirlər. Amerikanın bundan sonra Ermənistan üçün nələrsə edəcəyi barədə düşünənlərin, bunu dilə gətirənlərin fikirləri dəyişib. Nensinin səfərindən başlarını itirənlər onun vədlərinə sığınaraq iddia edirdilər ki, guya ABŞ Azərbaycana da sanksiyalar tətbiq edəcək, amma indi etiraf edirlər və söyləyirlər ki, amerikalılar bunu etməyəcəklər. Bir tərəfdən Qərbə üz tutduqlarını etiraf edənlər indi də bütün Amerika siyasətçilərinin sadəcə yalan danışdıqlarını bəyan edirlər. Ən maraqlısı odur ki, erməni cəmiyyəti bu yalanlara görə özünü də müqəssir, axmaq hesab edir və bəlkə də bu zamana qədər birinci dəfədir ki, bu mənada haqlıdır. İşğalçı ölkənin mətbuat səhifələrində də bu barədə fikirlər yayımlanır və qeyd olunur ki, amerikalılar yalanı həmin yalana inanmağa hazır olanlara danışırlar. Açıq şəkildə etiraf edirlər ki, problem daha çox özlərindədir. Bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistanda coşqu ilə qarşılanması nümunəsi də sübut edir. Pelosi Ermənistana gələrkən onu qarşılamaq üçün yollara düzülən ermənilər az qalmışdı ki, onun ayaqlarına sərilsinlər, yalvarsınlar və bunu duyan ABŞ siyasətçisi yalan danışmaq, yalan vədlər vermək üçün münbit şərait olduğuna əmin oldu və ondan yalan danışmasını gözləyənlər, bu yalana inanmağa hazır olanlar üçün istədiyi qədər yalan danışdı və indi ermənilər buna görə özlərini qınayırlar, özlərini axmaq və günahkar sayırlar.

Pelosinin Ermənistana səfərini Azərbaycan tərəfi üçün faciə kimi qələmə verən ermənilər şok yaşamalı oldular. Nensi Pelosinin işğalçı ölkəyə səfərinin ardınca onlar Ermənistanın özünün ABŞ sanksiyalarına məruz qalan fiziki və hüquqi şəxslərinin siyahısını, Ermənistana qarşı sanksiyalarını gördülər. Gördülər ki, heç də onların düşündükləri həqəqət deyil və yanlış düşünürlər. Əsas olan isə odur ki, ermənilər ya Pelosini, ya da digərlərini günahlandırmaqdansa, həqiqətlərin gözünə dik baxmalı idilər. Dərk etməli idilər ki, bu zamana qədər hansısa avantüristin, hansısa siyasi oyunbazın qurbanına çevriliblər və onların nağıllarına inanmaq bu kütləni belə bir səfalətə, rəzalətə, rüsvayçılığa sürükləyib. Təbii ki, Pelosinin səfərinin hər şeyi kökündən dəyişəcəyinə dair nağıllara inanmağa ehtiyac yox idi və ermənilər hər dəfə olduğu kimi, bu dəfə də kimlərinsə aləti, maşası olduqlarını bir də dünyaya göstərdilər.

Bu arada erməni baş nazir Nikol Paşinyanın etirafları da erməni cəmiyyətini bərk sarsıdıb. Nikolun ifadələri erməniləri çaşdırıb. Onun bir açıqlaması erməniləri tamamilə şoka salıb. Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziya Şirkətinə müsahibəsində bizim üçün artıq keçmişdə qalan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Moskva, Brüssel və Vaşinqtonun öz təkliflərinin olub-olmaması sualını cavablandırarkən acı etiraflar edib. Onun sözlərinə görə, nə Moskva, nə Brüssel, nə də Vaşinqton Qarabağın müstəqilliyini tanımağa hazır deyil və heç birinin Qarabağı da Ermənistanın bir hissəsi kimi tanımaq fikri yoxdur. Sual oluna bilər ki, niyə də tanımalıdırlar axı? Hansı əsasa görə bunu etməlidirlər və buna haqları çatırmı? Ümumiyyətlə, başda Nensi Pelosi, yaxud onun timsalında kimlərsə elə bir haqq sahibi ola bilərlərmi ki, Ermənistana axmaqcasına vədlər versinlər və Azərbaycan torpaqları kimlər üçünsə pay torpağı deyil ki, bu torpaqların işğalçılara veriləcəyi barədə ağıllarına gələn sərsəm, axmaq ifadələr səsləndirsinlər. Təbii ki, bu sərsəm fikirlərə inananlar da elə axmaqlar ola bilərdi və indi bunu həmin o axmaqlar açıq şəkildə də etiraf edirlər.

Nensi Pelosi kimi birisi hansısa yalanı, axmaqların inanacağı təqdirdə söyləyir. Ermənistana hövlnak gələn ABŞ siyasətçisi olan bu qoca qadın “Böyük Ermənistan” yalanına bu zamana qədər inananlar üçün yalan danışmağa gəlmişdi. “Yalançı tamahkarı aldadar”, zərb məsəlində deyildiyi kimi, həmin o Pelosi əvvəlcədən, yəni Ermənistana gəlməmişdən qabaq bilirdi ki, yalanlarına inanacaqlar, çünki ermənilərin tamahkar olduqlarını əvvəlcədən bilirdi. Qeyd etdiimiz kimi, siyasətçidir axı, özü də qocasından və təcrübəsi də kifayət edir ki, özgə torpaqlarına tamah salanları, göz dikənləri tanıya bilsin. Belə olan təqdirdə, yəni yalanının ayaq tutmasına münbit şərait gördüyü üçün həmin o qoca ABŞ siyasətçisi sərsəm fikirləri, yalanları sərhəd tanımadan erməni cəmiyyətinfə dövriyyəyə buraxmaqda bir maneə görməyib. Məsələ burasındadır ki, bu yalanlara, sərsəm fikirlərə inananlar bir müddət sonra inandıqlarına görə axmaq olduqlarını dərk ediblər və yanqılarından bunu mətbuat səhifələrində belə etiraf da edirlər. Etiraf edirlər ki, Ermənistanda udurmalarla çıxış edənlərin sərsəm fikirləri yalana inanmağa hazır olan axmaqlar üçün olan yalanlardır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə