"Ermənistanın bunun üçün məsuliyyət daşıdığını bildirməlidir" - SİYASİ EKSPERT ŞƏRH ETDİ

"Ermənistanın bunun üçün məsuliyyət daşıdığını bildirməlidir" - SİYASİ EKSPERT ŞƏRH ETDİ

"Keçmiş təcrübə göstərir ki, vasitəçilərin iştirakı ilə aparılan danışıqlar müəyyən şərtlər daxilində az və kiçik də olsa, konkret nəticələr verə bilir. Əsas şərt də ondan ibarətdir ki, əgər, vasitəçi konkret nəticə əldə etməyə yönəlməlidir". Bu sözləri SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan ümumiyyətlə humanitar xarakterli addımlar atmağa tam şəkildə meyillidir və bunu hər hansı bir şərtə bağlamır: "Şarl Mişelin vasitəçiliyi ilə keçirilmiş görüşdən əgər, konkret nəticə almağa istiqamətlənibsə, görüşdə hər hansı bir nəticənin əldə edilməsini görəcəyik. Avropa Birliyinin vasitəçiliyi ilə indiyə qədər keçirilən görüşlərdə konkret məsələlər masaya qoyulub. Amma çox təəssüflər olsun ki, bu məsələlərin müəyyən bir qismi çox ləng həyata keçirilib. Əgər, Ermənistan Brüsselin vasitəçiliyi ilə əldə edilmiş razılaşmaların icrası üçün konkret addımlar atmırsa, vasitəçi bunu Ermənistana deməli və Ermənistanın bunun üçün məsuliyyət daşıdığını bildirməlidir. Təəssüflər olsun ki, bu günə qədər Ermənistan tərəfinə müəyyən məsələlərin icrası üçün məsuliyyət daşıdığını xatırladan hər hansı bir vasitəçi görməmişik".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə