Ağdam rayonunda şəhid Abbasov Müşviq Qabil oğlunun anım günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam rayon icra hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, Ağdam rayon icra hakimiyyəti başçısı aparatının Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Samir Məmmədov, partiya fəalları, şəhidimizin ailə üzvüləri və rayon ictimayətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları ilk öncə Şəhidlər xiyabanında şəhidlərimizin məzarını ziyarət edərək, onların əziz xatirələrinə dualar oxuyublar. Məktəbli şagirdlər şəhidlərimizə həsr olunmuş müxtəlif şeir kompozisiyaları söyləmiş, həmçinin rayon ziyalıları da çıxış ediblər. Daha sonra tədbir iştirakçıları Abbasov Müşviq Qabil oğlunun evini ziyarət etmiş, şəhidimizin ailə üzvülərinin problemləri ilə maraqlanıblar. Vətən Müharibəsi zamanı şəhidimiz Müşviq Abbasovun iki oğlu da onunla bərabər döyüşlərdə iştirak etmişdilər. Şəhidimizin ailə üzvləri də dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti Cənab İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, şəhid Abbasov Müşviq Qabil oğlu 2020-ci ilin oktyabr ayının 5-də Vətən müharibəsi zamanı Ağdam rayonunun Qərvənd kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra "Vətən uğrunda" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Zümrüd Bayramova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB