Ermənistanın hərbi cinayətlərinə rəvac verən SUSQUNLUQ – TƏHLİL

Xocavəndin Edilli kəndində əl-qolu məftillə bağlı halda qətlə yetirilən 12 hərbçimizin kütləvi şəkildə dəfn edildiyi, daha doğrusu çuxur qazılaraq basdırıldığı kütləvi məzarlıq aşkar edilib ki, təkcə bu fakt Azərbacanı “hərbi cinaətlərdə” ittiham edən Ermənistanın özünün hərbi cinayətlər törətdiyinin sübutu üçün yetərlidir. Belə faktlar olduqca çoxdur və işğaldan azad etdiyimiz torpaqlarda yeri hələ də bilinməyən, ermənilər tərəfindən koordinatları verilməyən belə qəbristanlıqlar da təəssüf ki, sayca az deyil, hansıki bunlar erməni vəhşiliyini, onların özlərinin hərbi cinayətlər törətdiklərinin sübutudur.

Hələ ötən əsrin sonlarında, daha dəqiq desək, 90-cı illərdə Azərbacanın öz müstəqilliyini yenicə bərpa etdiyi zaman zəif olmasından, ölkəmizdə xaosun, hərcmərcliyin hökm sürməsindən, şəriştəsiz hakimiyyətin olmasından, yaxud hakimiyyətsizlikdən namərdcəsinə istifadə edən ermənilər torpaqlarımızı işğal etmək üçün havadarlarının köməyindən istifadə etdilər və ərazilərimizin bir hissəsini ələ keçirməklə buna nail oldular. Məsələ burasındadır ki, ermənilər işğalçılıq siyasəti yürütdükləri zaman özləri saysız-hesabsız müharibə cinayətləri törətdilər. Bu cinayətləri dünya ictimaiyyəti yaxşı bilir, baxmayaraq ki, susur. Xocalı faciəsi kimi insanlıq dramına imza atan vandal ermənilərin cinayətkar əməlləri barədə foto və video görüntülər yetərincədir, halbuki hələ də dünya birliyi buna mövqe bildirməyib, əks halda, hərbi cinayətləri törədənlərin kimlər olduğu etiraf edilərdi. Etiraf edilərdi ki, hərbi cinayətləri elə ermənilər, Ermənistan özü törədib və indi həmin cinayətləri guya Azərbaycanın törətdiyi barədə yalan, feyk məlumatlar yayanlara bu barədə tutarlı cavab verərdilər. Əgər cavab vermirlərsə, susqunluq nümayiş etdirirlərsə, deməli yenə də ikili yanaşma, ədalətsiz münasibət sərgiləyirlər, bunun nə başqa adı, nə də ayrı cür qiyməti ola bilməz.

Təkzə ötən əsrin sonlarında, I Qarabağ müharibəsində torpaqlarımızı işğal edən ermənilər tərəfindən on minlərlə azərbaycanlı qətlə yetirilib ki, bunların bir hissəsi mükli şəxslər olub. Məgər mülki şəxslərin qətlə yetirilməsi hərbi cinayət deyilmi? Qaçıb canlarını işğalçılardan qurtarmaq istəyənlərin qarşısını kəsib onları vəhşicəsinə qətlə yetirmək hərbi cinayət sayılmırmı? Qətlə yetirilən qocaların, hamilə qadınların, körpə uşaqların bədən üzvlərinin kəsilməsi, onların cəsədləri üzərində təhqiramiz hərəkətlər edilməsi bəlkə hərbi cinayət kimi qeydə alınmır? Bunu görənlər indiyə qədər niyə susurlar və niyə hərbi cinayətlər sözü indi ağıllarına gəlib? Yoxsa məlumatları olmayıb? Xeyir, bunu qəti şəkildə söyləmək olmaz, çünki erməni vandallarının, Ermənistan terrorçu, separatçı silahlı birləşmələrinin həmin o hərbi cinayətlərini sübut edən foto və video materiallar kifayət qədərdir və bütün dünyada yayılıb, hansıki bunu görməmək mümkün deyil. Elə isə, indi 5 erməninin guya Azərbaycan əsgərləri tərəfindən güllələndiyini iddia edənlər və döyüş zamanı düşmən tərəfindən olan hərbçilərin güllələndiyi barədə, doğruluğu hələ sübut edilməyən görüntüləri görənlər niyə bu zamana qədər sübut olunan faktlara görə dinməyiblər, ağızlarına su alıb susublar? Bu, ədalətsizliyə, ikili standartlara, eləcə də Ermənistanın hərbi cinayətlərinə rəvac verən susqunluq deyilmi?

Bu zamana qədər dörd min azərbacanlının bilinməyən taleyi barədə digər bir məqam da dünya birliyinin diqqətindən yayınmamalı idi. Həmin o dörd min taleyi bilinməyənlər barədə kimsənin bilməsi mümkün deyil, çünki onlar barədə Ermənistan tərəfi bir məlumat belə vermir. Sual oluna bilər ki, niyə vermir? Bəllidir ki, onlara qarşı erməni vandallarının hansı əməllər törətdikləri bununla isbat olunmuş olur və deməli Ermənistan bu məlumatları ona görə vermir. Ona görə dörd min azərbaycanlının taleyi bilinməz olaraq qalır ki, Ermənistan öz cinayətlərini, özü də hərbi cinayətlərini ört-basdır etməyə çalışır, əks halda onlar haqqında bir məlumat verərdi və guya bunu dünya birliyi dərk etmir? Dərk etmirmi ki, gizlədilir? Dərk etmirmi ki, gizlədilirsə, deməli günahkar olduqlarını, cinayət törətdiklərini, hərbi cinayətlərə imza atdıqlarını özləri hamıdan yaxşı bilirlər və gizlətməklə də bunu dolayısı ilə etiraf edirlər? Yaxşı bəs dünya birliyi, beynəlxalq təşkilatlar niyə etiraf etmirlər? Niyə ermənilərin dəyirmanına su tökülür və nə səbəbə onlara hərbi cinayətlərin müəllifinin özləri olduğu bildirilmir? Bu susqunluq ədalətsizliyi, ikili standartların mövcudluğunu sübut etməklə yanaşı ermənilərin növbəti hərbi cinayətlərinə rəvac vermirmi?

Torpaqlarımız işğal altında olduğu həmin o 30 il ərzində bütün dünya ictimaiyyətinə erməni vəhşilikləri, cinayətləri barədə dəfələrlə çatdırılsa da, səssiz qaldıqlarının şahidi olduq. Torpaqlarımız 30 illik işğaldan azad edildiyi vaxtda da ermənilərin, Ermənistan tərəfinin, Gəncə, Tərtər hadisələri kimi tarixə yazılan cinayətlərinin, hərbi cinayətlərinin şahidi oldusa da bütün dünyaya susdu. Hərbi obyektlərə deyil, yaşayış binalarına, mülki əhalinin məskunlaşdığı ərazilərə istifadəsi qadağan olunan raketlərin ermənilər tərəfindən, Ermənistandan atılmasını da bütün dünya müşahidə etdi və gördülər ki, vandalların bu cinayətləri səbəbindən həyatlarını itirən azərbaycanlılar oldu. Bunlar cinayət, özü də hərbi cinayət deyildimi? İçərisində yaşlı, qoca, qadın və uşaq olmaqla zərər çəkən insanları da görmədilərmi və buna da hərbi cinayət adı vermək mümkün deyildimi? Əlbəttə ki, mümkün idi, amma bunu müşahidə etmədik, bu olmadı. Yenə də susdular, yenə də mövqesizlik nümayiş etdirildildi və ikili yanaşmanın olduğu, ədalətsiz yanaşmanın sərgiləndiyi öz təsdiqini tapdı. Ermənistanın hərbi cinayətlərinə susqunluq nümayiş etdirildi.

Müharibə bitdikdən, biz Zəfər çaldıqdan və Azərbacan torpaqları erməni işğalından azad edildikdən sonra həmin torpaqlarda, həmin ərazilərdə azərbaycanlıların basdırıldığı kütləvi məzarlıqlar aşkar edildi. Düşmən əsarətində 30 ilə yaxın qalan torpaqlarda işgəncə ilə öldürülən azərbaycanlıların basdırıldığı məzarlıqlar ermənilərin, Ermənistanın hərbi cinayətlər törətməsi demək deyilmi? Bu reallıqları dərk etmək çoxmu çətindir və bilinmirmi ki, işğal altında olan ərazilərimizdə həmvətənlərimizin, sodaşlarımızın, azərbacanlıların kütləvi məzarlığının olması erməni vandallarının, Ermənistanın cinayətləri, hərbi cinayətləridir? İşğal altında olan Azərbacan torpaqlarında bu cinayətləri başqa kim törədə bilərdi, buşmenlər, yoxsa qottentoqlar, yaxud torpaqları işğalda saxlayan və əsir götürdükləri azərbacanlılara qarşı vəhşilik edən ermənilər? Əlbəttə ki, sonuncular və bunu anlamamaq mümkün deyil. O halda susmalarına, susqunluqlarına nə ad verək, erməniləri yeni-yeni hərbi cinayətlərə ruhlandırmaq, yoxsa cinayətlarların tərəfini saxlamaq?

Get-gedə dünyanın gerçək üzü, yəni ikili standartlar siyasətini açıq-aşkar yürütdüyü daha mükəmməl şəkildə təsdiq olunur. Utanmadan Azərbaycanı “hərbi cinayətlərdə” ittiham edirlər. Bunun üçün, yəni Azərbaycanı hansısa cinayətlərdə ittiham etmək üçün aparılan kampaniyalar da susqunluqla qarşılanır. Öz ərazi bütövlünü, öz haqqını, özünə məxsus olanı öz gücü hesabına geri qaytaran Azərbacan “təcavüzdə” günahlandırıla bilərmi? Bəs qonşu dövlətin, Azərbacanın torpaqlarını 30 il bundan öncə işğal edənlər niyə təcavüzdə günahlandırılmasınlar? Budurmu onların ədaləti, budurmu dünyanın gözünə soxmaq istədikləri insan haqları, azadlıq, demokratiya dedikləri və bundan sonra da ədalətsizliə, ikili standartlara rəvac verən susqunluqda maraqları nədir? Erməni dəyirmanına su tökdüklərini düşünənlər bilməlidirlər ki, öz sularını qurudurlar susqunluqları, ədalətsizlikləri ilə və bir daha hərbi cinayətlərin törədilməsi üçün şəraitin yaradırlar.

Təbii ki, ermənilərin özlərinin etdikləri hərbi cinayətlərə göz yummaq, Ermənistan tərəfinin özünün hərbi cinayətlərə imza atdığı halda, Azərbaycan əsgərinin “hərbi cinayət” törətməsi barədə ittiham səsləndirməsinə mövqe bildirməmək, həqiqətləri gizlətmək cinayətkarın da, cinayətkarlığın da yer almasına, gələcək cinayətlərin, özü də hərbi cinayətlərin təməlinin indidən qoyulmasına rəvac vermək deməkdir. Dünya birliyi bilməlidir və bilir də ki, cinayət və cinayətkar cəzasız qalanda onun təkrarlanması gözləniləndir. Deməli, dünya birliyi bu cinayətkarlığın, özü də hərbi cinayətlərin törədilməsinin davamlı olasına etinasız yanaşır. Bəlkə elə zənn edirlər ki, erməni vandalları bu cinayətləri ancaq Azərbacanda, özü də azərbacanlılara, türklərə qarşı edə bilərlər? Yaxud, cinayətkarlıqların onların ölkələrində olmayacağına, cinayətlərin artmayacağına çoxmu əmindirlər? Əgər elə zənn edirlərsə, bərk yanılırlar və öz başlarına gəlcəklərini də təsəvvür belə etmirlər. Təsəvvür belə edə bilmirlər ki, ədalətsizliklərini, ikili standartlarını sübut edən susqunluq bir zaman onların özləri üçün faciəvi sonluq vəd edir, cünki susqunluqları növbəti hərbi cinayətlərə rəvac verir və bu onların özlərinə baha başa gələ bilər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə