"Rusiya müharibəni ancaq onun şərtləri ilə bitəcəyini bəyan edib" - POLİTOLOQ ŞƏRH ETDİ
"Bu ilin fevral ayından Rusiya ilə Ukrayna arasında başlayan müharibənin dayandırılması istiqamətində bir sıra dövlətlər və beynəlxalq təşkilatlar vasitəçilik rolunda çıxış edirlər". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Amid Əliyev bildirib.
Onun sözlərinə görə, bu gün qədər müsbət nəticə əldə etmək mümkün olmaylb: "Hətta, Türkiyə ilə BMT-nin birgə səyləri nəticəsində formalaşan "taxıl dəhlizi" belə tərəfləri yaxınlaşdıra bilməyib. Bir sıra Avropa dövlətləri Rusiya ilə ikitərəfli görüşlərdə müharibənin dayandırılması və sülhün əldə edilməsi üçün danışıqların başlanmasını istəsələr də, Rusiya müharibəni ancaq onun şərtləri ilə bitəcəyini bəyan edib. Bir neçə gün öncə ABŞ-ın dövlət katibi Blinken rəsmi sürətdə müharibənin ancaq Rusiya tərəfindən dayandırılmasının mümkün olduğunu bildirib. Ukrayna bunu edərsə məhvə bərabər ola biləcəyini də qeyd etməyi yaddan çıxarmadı. Bu günlərdə sülhə ümidlər olduğu təqdirdə Rusiya bir daha adekvat addım atmaq əvəzinə Ukraynanın 4 yeni ərazisini özünə yalançı "referendum" adı ilə ilhaq etdi. Buna cavab olaraq Ukrayna sürətləndirilmiş şəkildə NATO-ya üzv olmaq haqqında ərizəni imzaladı. Artıq 12 NATO dövləti Ukraynanın namizədliyini təsdiq edib. Bu şərtlər daxilində sülhün əldə olunmasını yaxın gələcəkdə gözləmək bir qədər düzgün olmaz. Rusiya kollektiv Qərbi nüvə silahı ilə təhdid etdiyi bir şəraitdə sülh danışıqlarının başlanmasında "Qordi düyünü"nün açılması olduqca müşkül məsələ kimi görünür. Lakin, tarixdə soyuq müharibə kimi ziddiyyətli münaqişəni həll edən dünyanın bu münaqişəni də həll etmək iqtidarında olması fikrini unutmaq olmaz. Müharibə hər iki tərəfin maksimalist fikirlərinin minimum səviyyədə deyil ən azından orta səviyyədə təmin olunacağı zaman dayana bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB