Ermənistanın Qərbə münasibətdə “üzü” və Rusiyaya münasibətdə “arxası” – TƏHLİL
Ermənistan arxasını Rusiyaya, üzünü isə guya Qərbə çevirir. Əslində isə yenə də öz mövqesizliyini ortaya qoyur. Ortada olan odur ki, Ermənistan hələ də hansı müstəvidə olduğunu özü də təyin edə bilməyib. Bu işğalçı ölkə tarix böyü arxalandığı tərəfə indi arxa çevirir və həmin tərəfi satmağı, ona xəyanət etməyi məqbul hesab edir, hansıki bunu bütün dünya görür, müşahidə edir. Müşahidələr isə onu deməyə əsas verir ki, Ermənistana etibar edilən deyil və heç şübhəsiz ki, bunu Qərb də yaxşı başa düşür.
Guya ki, Ermənistan seçim edir, Rusiyaya üz yox, arxa çevirir və Qərbə meyilli olduğunu nümayiş etdirir. Əslində isə, bu zamana qədər ayaqda qaldıqlarına, dövlət, ölkə olaraq mövcud olduqlarına görə borclu olduqları Rusiyaya, ruslara xəyanət edir. Bunun da ruslar artıq çoxdan fərqindədirlər. Bu isə o deməkdir ki, Ermənistanın bundan sonra Rusiyaya bel bağlaması, ruslara ümid etməsi mümkünsüzdür, çünki simasızlıqları, xəyanətkar olduqları bu zamana qədər dəfələrlə öz təsdiqini tapıb və yenə də öz təsdiqini tapmaqdadır.
Tarix boyu arxa bildiyi dövlətlərə, ölkələrə xəyanət etməyi ənənə halına çevirən Ermənistan üçün belə bir dönüklük adi hal hesab oluna bilər, amma dünya üçün qəbul edilən, anlaşılan deyil. Bu işğalçı ölkənin digər ölkələrlə, ələlxüsus türkdilli dövlətlərlə kəskin fərqi var və bu sirr deyil ki, ermənilər etibarsızlıqları ilə tanınırlar. Uzun zaman mövcudluqlarına görə borclu olduqları Osmanlını dərhal Rusiyaya satan ermənilərin indi Rusiyanı Qərbə satması gözlənilən idi, çünki bu, elə bir xislətdir ki, nə zamansa bir daha təkrarlanması gözlənilən hesab olunur.
Hər zaman ermənilərin dırnaqarası şəkildə “fərqli” olduqları özünü biruzə verib və əslində, özlərini erməni adlandıran haylar heç zaman müstəqil olmayıblar və kimlərinsə təsiri, himayəsi altında yaşamağa alışıblar. Sonuncu dəfə Qafqaza köçürülən və indi özlərini xalq olaraq elan edənlər bu ərazilərdə yad olduqlarını dəfələrlə sübut ediblər, necə ki, indi də Qərbə yaltaqlanmaqla bunu sübut etməkdədirlər. Yenə də təsdiqlənir ki, ermənilər kimlərinsə himayısinə sığınmağa çalışırlar və hələ də arxalandıqlarını satmaq ənənələrnə sadiqdirlər.
Rusiyanın hal-hazırda Ukrayna ilə müharibəsi, eləcə də Qərbin həmin ölkəyə tətbiq etdiyi sanksiyalar fonunda rusların başlarının özlərinə qarışdığı göz önündədir. Çünki həqiqətən də Rusiya ən azından iqtisadi baxımdan çətinliklərlə qarşılaşıb. Geosiyasi müstəvidə belə Rusiya hələ də çətinliklər qarşısındadır və ermənilərin fikrincə ruslar artıq heç bir gücə, qüvvəyə sahib deyillər və ona görə də Rusiyadan imtina etmək, onilliklər boyu sığındıqları, yaltaqlandıqları ölkəyə arxa çevirmək, ona dönük çıxmaq və Qərbə satmaq indi Ermənistan üçün vacib hesab olunur. Beləliklə də Qərbə yaltaqlanaraq yeni bir himayədar qazanmaq ermənilər üçün ön plandadır.
Digər dövlətlərlə, region ölkələri ilə, ələlxüsus Azərbaycanla bu işğalçı ölkənin fərqi çoxdur. Humanizm prinspləri, tolerantlığı ilə seçilən Azərbaycan heç zaman, heç bir rakursda Ermənistanla müqaisəyə gələ bilməz və müqaisə etmək fikrimiz də yoxdur. Amma bir məsələ əsrlər boyu öz təsdiqini tapıb ki, ermənilər hər zaman özlərinə daha güclü himayədar axtarıblar, daha qüvvətli tərəfə yaltaqlanmaq üçün əldən-ayaqdan gediblər və bu xislət hələ də özünü göstərir. Yenə də daha güclü bildiklərinə tərəf getmək, guya onlara üz çevirmək istədiklərini bəyan edirlə, amma unudurlar ki, niyyətlərinin nə olduğunu bilməyən yoxdur. Qərb də yaxşı bilir ki, istənilən anda ermənilər üz döndərə, arxa çevirə bilərlər. Bu xislətlərinə biz özümüz də, Azərbaycan xalqı da bələddir və onilliklər boyu azərbaycanlıların süfrəsini üzlərinə açmalarına baxmayaraq, sonda xəyanət yolunu tutduqları bəlli oldu. Bəlli oldu ki, bizim qonaqpərvərliyimizin, tolerantlığımızın müqabilində qəlblərində böyük kin saxlanıb və bu kin özünü Azərbaycanın ən çətin, keşməkeşli dövrundə, müstəqilliyini yenicə bərpa etdiyi dövrdə biruzə verdi və ölkəmizin həmin dövrdə çətin durumundan istifadə edən ermənilər namərd xislətlərini ortaya qoyaraq, bizə qarşı işğalçılıq siyasətlərini bir də yürütməyə başladılar. Rusiyanın gücünə arxalanan Ermənistan, onun potensialından, imkanlarından istifadə edərək xainliyini göstərdi, torpaqlarımızı işğal etdi, soydaşlarımıza qarşı soyqırım siyasəti yürütdü, bütün bəşəri cinayətlərə əl atdı. Sual oluna bilər ki, bəs indi nə oldu və indi niyə Rusiya düşmən ölkə hesab olundu və indi niyə böyük qardaş adlandırdıqları düşmən sayılır?
Ermənistana məxsus mətbuat səhifələrində Rusiyanın, rusların onları müharibə zamanı müdafiə etmədikləri barədə dəfələrlə bəyan etdikləri ilə rastlaşırıq. Görürük ki, ermənilər rusların onlara müharibə zamanı nəinki kömək edəcəklərini gözləyirdilər, elə hesab edirdilərmiş ki, onların əvəzinə ruslar döyüşəcəklərmiş. Utanmadan kömək umurlar ruslardan və bu zamana qədər pulsuz-parasız aldıqları silahların yararsız olduğunu iddia edirlər. Maraqlıdır, əvvəla niyə ruslar ermənilərə pulsuz silah verməli idilər? Digər tərəfdən pulsuz olan silahlar necə olmalı idi? Bunu da dərk etməyənlər və hələ də rusları özlərinə borclu bilənlər indi dallarını onlara, üzlərini də onların düşməni sayılan Qərbə çevirirlər. Bu isə Qərbə və Rusiyaya münasibətdə Ermənistanın üzü və dalı barədə fikir formalaşdırır.
Maraqlı olan məqamlardan biri də odur ki, ermənilər hələ də başa düşə bilmirlər ki, onlar heç kimə lazım deyillər. Bu ölkənin hansısa dövlətə, hansısa ölkəyə, hansısa tərəfə faydası yoxdur. Ermənistan nə olmayan yeraltı sərvəti ilə, nə olmayan hərhansı istehsal sahəsi ilə hansısa dövlət üçün maraqlı ola bilməz, çünki istehsal belə yoxdur, bu ölkə yalnız işğalçılıq siyasəti yürüdülür. Ola bilsin ki, bu zamana qədər Rusiya onlardan, ermənilərdən “maşa” kimi istifadə edib və qabaqlarına atılan “pay” da bunun müqabilində olub, amma artıq reallıqlar dəyişib və Avropanın enerji təhlükəsizliyini təmin edən Azərbaycanla müqaisədə həmin bu “maşa” nəzərə belə alınmır. Məhz bu baxımdan da Rusiya artıq nəzərini Ermənistanın, ermənilərin üzərindən götürüb və onlar da bunu dərk etdikləri üçün özlərinə yeni ağa axtarmaq məqsədilə əldən-ayaqdan gedirlər. Əslində, Ermənistanın kimə üzünü və kimə dalını çevirməsi heç kim üçün fərq etmir, sadəcə bu, həmin ölkənin üzünün dalı ilə fərqinin olmadığını göstərir, çünki bunların bir-birinə çevrilməsi dərhal baş verən prosesdir və bunu tarix boyu bütün dünya görüb.
İşğalçı ölkənin bu simasızlıqlarının fonunda Azərbaycan Prezidenti Bolqarıstana, Gürcüstana səfər edir, orada ölkə başçımızın ünvanına çoxlu xoş sözlər deyilir, gələcək əməkdaşlıqlar barədə vədlər verilir. İndi Avropanın neftə, qaza, elektrik enerjisinə ehtiyacı var, ermənilərin özlərinə qondarma “vətən” qazanmaları üçün işğalçılıq siyasətinə yox. Ölkə rəhbərimiz neft, qaz, elektrik enerjisi ilə Avropa ölkələrini təmin edəcəyi barədə bəyan etdiyi vaxt Ermənistan hakimiyyəti özünə yeni ağa axtarır. Ermənilər utanmadan bəyan edirlər ki, Rusiya və KTMT-nin fəaliyyətsizliyi fonunda Nikol Paşinyan nəhayət, bu vəziyyətdə guya çətin, lakin zəruri seçim edib, halbuki bu seçim yox, mövqesizlik və simasızlıqdır, hansıki Qərbə və Rusiyaya münasibətdə Ermənistanın üzünün və dalının bir-birinə tez çevrilə bildiyi ilə öz təsdiqini tapır.
Nikol Paşinyan Ermənistana göndərilən KTMT-nin baş katibi Stanislav Zası qəbul etmədəm ABŞ-a uçdu və orada da NATO-nun baş katibi Stoltenberq olmaqla, guya bir sıra mühüm görüşlər keçirdi. Ermənistanın müdafiə nazirinin və Təhlükəsizlik Şurası katibinin ABŞ-a səfərləri, Nensi Pelosinin işğalçı ölkəyə səfəri bir zəncirin halqalarıdır. Bütün bunlar göstərmə xarakteri daşıyır və bunların heç bir mənası da yoxdur. Çünki Nensi Pelosinin səfəri də, vəd etdikləri də, uyğunsuz fikirləri də Ermənistan üçün hansısa divident belə demək deyil və indi bu ölkənin baş nazirinin çabaları da bunu təsdir edir.
Moskvanın ünvanına ciddi ittihamlar səsləndirən Paşinyanın hərəkətlərinin yenə də daxili auditoriyaya hesablandığı bəllidir. O, iddia edir ki, Ermənistan hər zaman Rusiyanın müttəfiqi kimi üzərinə götürdüyü öhdəlikləri sədaqətlə yerinə yetirib. Maraqlıdır, söhbət hansı öhdəliklərdən gedir? Ermənistan Rusiya üçün nə kimi rol oynaya bilər? Ümumiyyətlə, təxribatçılıqlar, qarmaqarışıqlıqlar istisna olmaqla, Rusiyanın bu ölkədən gördüyü nədir axı? Belə olan halda, Nikolun dedikləri yalnız erməniləri, xüsusilə də öz ölkəsinin müxalifətini sakitləşdirmək üçündür. Həm də erməni baş nazir onu hakimiyyət kreslosuna oturdan Qərbə bir də yaltaqlanır ki, yenə də hansısa divident əldə etsin, amma çox gecdir. Paşinyan Qərbə üzünü, Rusiyaya dalını çevirsə də, gedib rusların düşmənlərinin ayaqlarına sərilsə də nəyə isə nail ola bilməyəcək. Əvvəla ona görə ki, Qərbin özünün də eyni ilə Rusiya kimi başı qarışıqdır, digər tərəfdən də hansı maraqlar Qərb ölkələrini innən belə buna sövq edə bilər axı?
Təbii ki, Qərbə doğru geosiyasi dönüşün Ermənistan üçün son dərəcə təhlükəli olduğu barədə heç kim, heç ermənilərin özləri də mübahisə etmirlər. Hamı yaxşı bilir ki, Rusiya MDB ölkələrini, xüsusilə Ermənistanı əzmlə öz orbitində saxlamağa çalışır və buna nail olmaq üçün əlindən gələni əsirgəməz. Rusiyanın “qucağından” qurtulmaq istəyən Ermənistanı hansı güc, hansı aqressiya gözlədiyini ermənilər özləri hamıdan yaxşı bilirlər. Yaxşı bilirlər ki, Ermənistanın xarici siyasət istiqamətlərinə guya yenidən baxılması Kremldə mütləq hədsiz dərəcədə ağrılı qarşılanacaq və bunun əvəzi də, qarşılığı da olacaq. Paşinyanın komandası da bunu yaxşı başa düşür. Paşinyan hakimiyyətinin ABŞ-la təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqları intensivləşdirməyə can atması da təsadüfi deyil və qorxularının təzahürüdür, çünki üzlərinin dallarına çevrilməsinin acınacaqlı nəticələrindən bərk ehtiyat edir, qorxurlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB