“Vətəndaş müharibəsindən sabitliyə” adlı tədbir keçirilib - FOTOLAR
Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatında partiya fəalları gənclərlə “Vətəndaş müharibəsindən sabitliyə” adlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyini xilas etdi. Azərbaycan olduqca mürəkkəb situasiya ilə üzləşmişdi: ölkə vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında idi. Belə bir məqamda xalqımız 1993-cü ildə Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli Lider Heydər Əliyevə üz tutdu. O zaman ölkəyə “rəhbərlik” edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu Öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Beləliklə, iyunun 9-da Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi.
Digər çıxış edənlər qeyd ediblər ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən - qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı. Beləliklə, Azərbaycanı parçalamaq, forposta çevirmək və öz korporativ maraqları əsasında idarə etmək istəyənlər öz niyyətlərinə çata bilmədilər. Bölücülərlə yanaşı, onlara havadarlıq edənlər Azərbaycanda Ulu Öndər Heydər Əliyevin yaratdığı milli birliyə məğlub oldular.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB