Tərtər rayonunda şəhid ailələrinə ziyarət davam edir FOTOLAR

Tərtər rayonunda şəhid ailələrinə ziyarət davam edir FOTOLAR

03 oktyabr 2022-ci il tarixdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov və ictimaiyyət nümayəndələri ölkəmizin ərazi bütövlüyü uğrunda gedən 44 günlük Vətən müharibəsi döyüşlərində qəhrəmancasına şəhid olmuş Kəlbəcər rayon sakini, Tərtər rayon Bəyimsarov kəndində müvəqqəti məskunlaşan Mustafayev Əlizamin Baxış oğlunun şəhid olmasının ikinci ildönümü ilə əlaqədar şəhidin ailəsində olmuş, valideyninə və yaxınlarına baş sağlığı vermişlər. Qeyd edək ki, Mustafayev Əlizamin Baxış oğlu Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və birinci vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə