"Münasibətlər strateji tərəfdaşlıq münasibətlərinə yüksəlib” - DEPUTAT ŞƏRH ETDİ
“İtaliya və Bolqarıstan Azərbaycanın Avropa İttifaqına açılan qapısıdır. Bu iki ölkə ilə əlaqələrin yüksək olması ölkəmizin Avropa qitəsinə inteqrasiyasını sürətləndirir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Bolqarıstana 30 sentyabr - 1 oktyabr tarixlərində edilmiş səfəri məhsuldar və əhəmiyyətli, gündəliyi isə çox zəngin olmuşdur: “Səfərin gündəliyi həm iki ölkə, həm də Avropa İttifaqı arasında münasibətlərin yeni müstəviyə çıxarılması baxımdan çox əhəmiyyətlidir. Dövlət başçımızın Bolqarıstana səfəri çərçivəsində Avropa Komissiyasının prezidenti, Yunanıstanın, Ruminiyanın, Serbiyanın dövlət başçıları ilə də bir daha görüşmək imkanı yaranmış və bu gün regionumuzda sülhün təmin olunması üçün müəyyən məsələlər müzakirə edilib”.
Deputat sözlərinə belə davam edib: “Azərbaycan enerji resusrslarının ixracının şaxələndirilməsi siyasəti bu gün Avropa ittifaqı üçün enerji təhlükəsizliyin təmin edilməsində hava və su qədər vacib amilə çevrilmişdir. Baş vermiş hadisələr fonunda Avropa İttifaqının 150 milyard kubmetr Rusiya qazından məhrum olduğu halda Azərbaycan 2,6 trilyon təsdiq olunmuş qaz ehtiyatları ilə Avropanın enerji bazarına daxil olaraq yeni idxal və alternativsiz mənbəsinə çevrilmişir. Prezident İlham Əliyevin müəllifi olduğu Cənubi Qaz Dəhlizi və onun tərkib hissəsi olan TANAP - TAP layihələri Avropanın ümüd yerinə çevrilib.
Bu gün müzakirə olunan mövzular arasında öz aktuallığı ilə seçilən məslələrdən biri də perespiktivdə TANAP-ın buraxılma gücünü 16 milyarddan 32 milyard kubmetrə, TAP-ı isə 10 milyarddan 20 milyard kubmetrə çatıdırlması ilə bağlıdır. 1 oktyabrda açılışı olmuş Yunanıstan-Bolqarıstan İnterkonnektoru bu iki ölkənin boru xətlərini birləşdirməklə yanaşı Mərkəzi, Şərqi və Cənubi Avropa ölkələrinə qədər uzanacaqdır. Bu interkonnektorun buraxılma gücü ilkin mərhələdə 3 milyard, perespiktivdə isə 5 milyard kubmetrə çatdırmaq mümkün olacaqdır. Bolqarıstanın illik qaz istehılakı 3,5 milyard kubmetrinin 1 milyard kubmetri Azərbaycandan istehlak olunmağa başlanmışdır. Bolqarıstana qonşu daha 3 ölkə Macarıstan, Ruminiya və Slovakiya da Azərbaycan qazını almaq istədiklərini bildirmiş və bu istiqamətdə müzakirələr aparılmışdır. Beləliklə Azərbaycan Avropa qitəsi üçün vacib, əvəzolunmaz və etibarlı aktora çevrilib.
Azərbaycan - Bolqarıstan münasibətləri qarşılıqlı hörmət və etimad əsasında formalaşaraq strateji tərəfdaşlıq münasibətlərinə yüksəlib. Prezident İlham Əliyevin 2015-ci ildə Sofiyaya səfəri çərçivəsində ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə çox yüksək səviyyədə icra olunur və bu gün ölkələrimiz arası əməkdaşlığımız siyasi, iqtisadi, mədəni, hunamitar sahələri əhatə etməklə çoxşaxəli inkişaf edir. Bolqarıstanın prezidenti Rumen Radevin qeyd etdiyi kimi Azərbaycan etbarlı strateji tərəfdaşdır, dostdur. Ümumiyyətlə Azərbaycan etibarlı tərəfdaş olması ilə bağlı dünyada imic qazanmışdır. Çünki, Əsrin Müqaviləsinin imzalanmasından başlayaraq müstəqillik ilərimizdə ölkəmiz imza atdığı bütün sənədlərin icrasına sadiq qalmış, razılaşmalarda hətta biir vergül dəyişikliyi də edilməmişdir. Bu baxımdan dünya ölkələri Azərbaycanı öz imzasına sadiq ölkə və etibarlı tərəfdaş adlandırırlar. Azərbaycan Avropa və o cümlədən Bolqarıstanla ancaq neft-qaz sahəsində əməkdaşlıq etməklə kifayətlənmək fikrində deyil. Həm də ölkəmiz Avropaya elektrik enerjisi və qeyri neft məhsullarını da çıxartmaq niyyətindədir.
Prezident İlham Əliyevin Sofiyada Bolqarıstanlı iş adamları ilə görüşməsi və ölkəmizin investisya mühütü ilə bağlı məlumatlandırması, gələcəkdə Bolqarıstanlı biznes strukturlkarının Azərbaycana sərmayə qoyulmasına və müştərək müəsisələrin yaradılmasına yeni impuls verəcəkdir.
Ölkəmizin Bolqarıstanla ticarət dövriyyəsi sürətlə artır. Belə ki, 2021-ci ildə 73,6 milyon dollar olduğu halda cari ilin altında bu, iki dəfə araraq 80 milyion dolları keçmişdir. Cənab Prezidentin səfəri çərçivəsində Bolqarıstanın Prezidenti və Baş naziri ilə ölkələrimiz arasında iqtisadi-ticari, kənd təsərrüfat, İKT, mədəni, peyk, pilotsuz uçan aparatlar, turizm və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətdində yeni potensialların realizə edilməsi haqqında məsələlər müzakirə olunub. Müzakirə olunan məsələrdən biri də nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsidir. Son illər ölkəmizdə yenidən qurulmuş avtomobil və dəmir yolları, Beynəlxalq Ticarət Limanı Azərbaycanın tranzit imaknlarını genişləndirmişdir. Beləki, cari ildə ölkəmizin üzərindən daşınan tranzit yüklərin həcmi 50% artıb. Bu gün müzakirə olunan Orta Dəhliz və onun tərkib hissəsi olan Zəngəzur dəhlizi qitələr arası daşınmaların həyata keçirilməsi üçün ən səmərəli layihəsi olaraq dəyərləndirir. Zəngəzur Dəhlizinin açılması Avropaya daşınmaların təhlükəsizliyini təmin etməklə yanaşı yeni beynəlxalq enerji layihələrin icrasını da mümkün edəcək.
Qeyd etmək olar ki, Zəngəzur Dəhlizi üzərindən Avropanı daha böyük təbii qazla təmin etmək gücündə olan Cənub Qaz Dəhlizinə Paralel yeni bir ixrac marşurutu yaratmaq və bu marşuruta Xəzər hövsəsi ətrafı qaz istehsalçıları da birləşdirmək mümkündür.
Hesab edirəm ki, qeyd etdiyim bu layihə perspiktivdə Avropa üçün çox vacib məsələyə çevriləcəkdir. Sonda qeyd etmək istəyirrəm ki, Azərbaycanın Avropa İttifaqının iqtisadiyyatında rolu günü-gündən artır və bu, Azərbaycanın müstəqilliyinin möhləmlənməsinə və inkişafına yeni üfüqlər açır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB