Şəhid Musa Məhəmmədovun ailəsi ziyarət edilib FOTOLAR

Şəhid Musa Məhəmmədovun ailəsi ziyarət edilib FOTOLAR

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova və təşkilatın əməkdaşları 44 günlük Vətən müharibəsi şəhidlərinin 2-ci ildönümü ilə əlaqədar şəhid Məhəmmədov Musa Bəhram oğlunun ailəsini ziyarət ediblər. Təşkilat sədri şəhid ailəsinin üzvləri ilə görüşdə onlara başsağlığı vermiş, vətənpərvər övlad yetişdirdikləri üçün şəhid valideynlərinə minnətdarlığını bildiriblər. Qeyd edib ki, şəhid və qazi ailələrinə dövlət səviyyəsində diqqət və qayğının göstərilməsi Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətin tərkib hissəsidir. Şəhidin ailə üzvləri dövlətimiz tərəfindən daim qayğı ilə əhatə olunduqlarını bildirmiş, göstərilən diqqət və qayğıya görə, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.Ailə üzvləri şəhidimizin xidməti fəaliyyəti, döyüş yolu, təltif edildiyi medallar barədə məlumat vermiş, onun özünəməxsus xüsusiyyətlərindən danışıb, xatirələrini bölüşmüşlər.

Allah bütün Şəhidlərimizə rəhmət etsin!

Nəzakət Ələddinqızı

Bütün xəbərlər Facebook səhifəmizdə