Milli həmrəylik Azərbaycanın milli atributu kimi dəyərlidir! ŞƏRH

Milli həmrəylik Azərbaycanın milli atributu kimi dəyərlidir! ŞƏRH

27 sentyabr 2020-ci il tarixdə başlayan İkinci Qarabağ savaşının Zəfər yolunun ilk və keçməkeşli hissəsi Füzuli rayonundan başlamışdır. Vətən və torpaq uğrunda öz canlarından keçən igid və mərd oğullarımız müharibənin ilk günlərində qeyd olunan rayon ərazisində şəhadətə ucalmışdırlar. Düzdür, müharibə heç zaman itkisiz olmur! Lakin qəhrəman Azərbaycan xalqı həmrəylik göstərərək, milli gücün necə olduğunu mənfur düşmənə layiqincə göstərmiş oldu. Döyüş meydanında Müzəffər Azərbaycan Ordusu düşmənə ağır zərbələr endirərək şəhid qardaşlarımızın qanlarını yerdə qoymayaraq qisaslarını almış və Zəfər qazanmışdırlar. Müharibənin aparıldığı hər gündə Azərbaycan ordusu qan tökərək, Şəhid verərək dayanmadan, irəli gedirdi. Bir gün belə olsun ki Azərbaycan Ordusu dayanmadı! Bu müharibədə, Azərbaycan Respublikasının Nizami Ordusunun əsgər və zabitləri öz canını fəda edərək xalqın ləyaqətini geri qaytarmış, haqq və ədalətlə öz əbədi və əzəli torpaqlarımızı qalibiyyətlə millətimizə bəxş etmişlər. Sonda qarşı tərəf kapitulyasiya aktına imza atarak, məğlubiyyətini qəbul etmiş oldu. Bununla da 44 günlük Vətən Müharibəsi Şanlı tariximizə çevrildi. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığına dair Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığında Şəhidlərimizin şərəfinə qaya parçası üzərində abidə ucaldılmışdır. Bu gün onların sayəsində biz işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidən qurma işləri ilə doğma torpaqlarımızda qurub yaradırıq ki, bu torpaqlar yenidən həyata qayıtsın. Artıq müharibə bitmiş sayılır. Azərbaycan xalqının üzərinə düşən əsas məsələ isə bir daha hər hansı bir dövlətin istər mənfur ermənistan olsun və yaxud digər, Azərbaycan Respublikasının ərazi vahidinə hansı bir təhlükə yarandığı təqdirdə “Dəmir Yumruq” kimi birləşərək dərhal adekvat cavab verilməli və düşməni geri otuzdurmalıdır. Azərbaycan xalqı sülhsevər xalqdır, biz müharibə deyil sülh istəyirik. Lakin təhdid olduğu halda bizim milli həmrəyliyimiz öz gücünü göstərərək kimə necə lazımdır müqavimətini göstərəcəkdir. Yaşasın Azərbaycan Respublikası!

Qarabağ Azərbaycandır!

Behbud Quluzadə

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə