Lerikin Dico kəndində şəhid Firdovsi Tahirovun anım mərasimi keçirilib FOTOLAR
Lerik rayonun Dico kəndində Vətən müharibəsi şəhidi Tahirov Firdovsi Balaxan oğlunun anım mərasimi keçirilib. YAP Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədov, Lerik Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rahib Şiriyev, Lerik Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin əməkdaşı Ramin Məmmədov və şəhidin ailə üzvləri şəhidin məzarını ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzərək, əziz xatirələrini ehtiramla yad ediblər. Xatırladaq ki, şəhid Tahirov Firdovsi 1997-ci il fevralın 18-də Lerik rayonunun Dico kəndində anadan olub. 2019-cu ildə Lerik Hərbi Komisarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərə qatılıb. Sentyabrın 27-də Murovdağ döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Sentyabrın 30-da böyüyüb boya-başa çatdığı Lerik rayonunun Dico kəndində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Kəlbəcərin azad olunmasına görə" medalları, "Azərbaycan bayrağı" ordeni ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB