Azərbaycanın qədim yurd yeri və ilk insan məskənlərindən biri olan Cəbrayılın düşmən işğalından azad olunmasından iki il ötür. İki təqvim ili müddətində işğaldan azad olunmuş bütün rayonlarımız kimi Cəbrayıl da gündən-günə abadlaşmaqda davam edir. Bəli, Vətən torpaqları artıq rahat nəfəs alır. Qarabağımıza yeni nəfəs gəlib, hansı ki, o torpaqlar öz doğma övladına 30 ilə yaxın bir müddətdə həsrət qalmışdı. Müzəffər Ali Baş Komandanın qətiyyətli iradəsi, Şanlı Ordumuzun şücaəti sayəsində ərazi bütövlüyümüz tam bərpa olunmuşdur.
4 oktyabr 2020-ci il tarixində Cəbrayılın işğaldan azad edilməsi Vətən müharibəsinin gedişində hadisələrin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edirdi. Ən mühüm strateji məntəqələrimizin bir-birinin ardınca azad edilməsi Ordumuzu və xalqımızın Vətən müharibəsindəki döyüş əzmimini daha da ruhlandırırdı. 27 il düşmən tapdağında əsir qalan el-obamız öz doğma sakinlərinə isti qucağını açmaqdan böyük sevinc yaşayırdı. Vətən müharibəsində əldə olunan möhtəşəm qələbə birliyimizin, həmrəyliyimizin, “Dəmir yumruq” kimi birləşməyimizin təcəssümüdür. Bu birlik, eyni zamanda, orduya dayaq oldu, Müzəffər Ali Baş Komandana arxa olaraq Zəfərimizi təmin etdi. Azərbaycan Ordusu düşmənin başını əzdi, dünyanın hərb tarixinə yeni parlaq səhifə yazdı. “Qarabağ Azərbaycandır!” şüarı Vətən müharibəsinin rəmzinə çevrildi". Siyasətdə və cəbhədə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident cənab İlham Əliyev bu zəfərin müəllifidir. Vətən müharibəsindən sonra Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Bu reallıqlar əbədidir və Azərbaycanın qüdrətinin bariz göstəricisidir.
Cəbrayılda iki il ərzində gedən bərpa-quruculuq işlərinin sürəti ən qısa zaman ərzində cəbrayıllıların öz doğma yurdlarına qayıdacaqlarının müjdəsini verir. 4 oktyabr tarixi Cəbrayıl rayonunun taleyində xüsusi bir gün olaraq tarxin yaddaşına həkk olunmuşdur. Bir neçə obyektin təməlinin qoyulması və inşaatından sonra fəaliyyəti çox mühüm iqtisadi önəmə malikdir. “Araz Vadisi İqtisadi Zonasının” yaradılması rayonun sosial-iqtisadi həyatı üçün çox mühüm əhəmiyyət kəsb edir. Burada yaradılan münbit iqtisadi potensial nəinki təkcə Cəbrayıl rayonunun bütün bölgənin inkişafına müsbət təsir göstərəcəkdir. 5 il ərzində çiçəklənən və inkişaf edən Qarabağın yaradılması ən prioritet məsələlərdən biridir.
Azərbaycan Respublikasının gücünə-güc qatan xalq-dövlət və ordu həmrəyliyi gecikdirilmiş tarixi ədaləti bərpa etdi. Azərbaycanın ən qədim torpaqları olan Qarabağı mənfur düşmənin işğalından tamamilə azad etdi. Müqəddəs üçrəngli bayrağımız Cəbrayılda, onun ardınca bütün işğaldan xilas olunmuş rayonlarımızda dalğalandırıldı. Şuşaya bayrağımızı sancan Azərbaycan əsgəri dünyaya bəyan etdi ki, Azərbaycan öz torpaqlarını ATƏT-in, BMT-nin vasitəçiliyi olmadan geri qaytara bildi. Bu bizim cahana hərbi qüdrətimizin mesajı idi. Bəli, Azərbaycan Respublikası Müzəffər Ali Baş Komandan İlham Əliyevin iradəsi və Rəşadətli Ordumuzun qəhrəmanlığı ilə öz ərazi bütövlüyünü bərpa etdi. Reallıq ondan ibarətdir ki. Azərbaycan Qafqazda söz sahibi ölkədir. Bizim sərhədlərimizi pozacaq hər hansı təxribatın qarşısı anında və zamanında alınacaq. Qarabağda erməni vandallarının törətdikləri maddi və mənəvi terrorların sayı müqayisə edilməyəcəkdərəcədə çoxdur. Məscidlərimizdən tutmuş tarixi abidələrimizə qədər terror siyasəti yürüdən Ermənistan öz mənfur niyyətlərini dünya ictimaiyyətindən gizlədə bilməz. Bunlar dünyanın gözü qarşısında olan faktlardır. Erməni faşizmini məhv edən tarixi Zəfərimiz hər birimizin qürurla andığı tarixdir. Azadlığın mübarək, Qarabağ! Azadlığın mübarək, Cəbrayıl!
Səadət İsmayılova,
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB