"Kimin cəzası nədirsə, tam layiqli şəkildə verilsin” - DEPUTAT TƏNQİD ETDİ

“Təxribatları kimin düzənləyib planladığını çox yaxşı bilirik. İcraçılar və stimul verənlərin kim olduğu da aydındır”. SİA xəbər verir ki, bu fikirləri Milli Məclisdə çıxışı zamanı deputat Elşən Musayev deyib.

Onun sözlərinə görə, bunlar həmin ünsürlərdir ki, elə sonuncu erməni təxribatı zamanı ermənidən daha betər erməni olmağı bacardılar: “Onlar erməninin gününə ermənidən daha çox ağlamağı bacardılar”.

Deputat sözlərinə belə davam edib: “Bu gün siyasi qütb çox aydındır. Həmin qütbün bir tərəfində Əli Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli kimi vətən xainləri, digər bir tərəfində isə vətəni sevənlər var.

Həmin vətən xainləri bir tək milli məsələlərdə erməni əlinə oynamırlar. Onlar həm də bizim müzakirə və qəbul etdiyimiz qanunları konteksdən çıxardaraq cəmiyyətə yanlış bir formada təqdim edirlər. Bugünkü məqsədləri guya siyasi partiyalar haqqında qanundur. Halbuki o qanunun müzakirəsinə bu insanlar heç vaxt meyilli olmayıblar.

Mən qısa müddətdə onların təxribatını müşahidə etdim və gördüm ki, bir nəfər belə kişi yoxdur. Onlar qabağa qadınları veriblər. Bu Əli Kərimlinin həmişəki xislətidir. Çünki biz nə vaxt debata çağırmışıqsa, gəlməyib. Hətta mən ona müraciət etdim ki, “Bir qram ləyaqətin varsa, səni öz meydanında gözləyirəm. Amma onun kişiliyi çatıb gəlmədi. Bu gün də həmin o kişilik onun üçün yaddır. Ona görə də qadınları qabağa verib.

Azərbaycan Cinayət Məcəlləsində Vətənə xəyanət maddəsi var. Mən hesab edirəm ki, bu maddə vətən xainləri üzərində öz tətbiqini çox gözləməməlidir. Bu gün bu təxribatı icra edən insanlara hüquq mühafizə orqanları heç bir güzəşt etməməlidir. Kimin cəzası nədirsə, tam layiqli şəkildə verilsin”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə