YAP Bərdə rayon təşkilatının kollektivi şəhid Fikrət Zeynalovun ailəsində olmuşlar FOTOLAR
Bu günlərdə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya başda olmaqla təşkilatın məsul işçiləri – Elməddin Əsgərxanov, Əlövsət Məmmədov, Coşqun Tapdıqlı, Vasif Mehdizadə "PAŞA sığorta”ASC-nin dəstəyi ilə şəhid Zeynalov Turqut Fikrət oğlunun ailəsinə baş çəkmişlər. Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətdə olan Turqut Zeynalov 2020-ci il sentyabrın 27-də Ermənistan ordusunun Azərbaycana genişmiqyaslı təxrbatlarına qarşı başlanan Vətən müharibəsi zamanı Suqovuşan və Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. Turqut Zeynalov Suqovuşan döyüşləri zamanı şəhid olmuşdur . Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Turqut Zeynalov ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Şəhid Turqurt Zeynalovun ailəsində olarkən YAP Bərdə rayon təşkilatın sədri Fəqət Şadlinskaya bildirmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, güclü Komandanlığı, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində 30 illik həsrətə son qoydu. 2020-ci il ölkəmiz üçün Qələbə ili kimi tarixə düşdü. Turqut kimi igid oğullarımızın sayəsində düşmən ordusu darmadağın edildi. Bu gün qəhrəman oğullarımızın Vətən uğrunda göstərdiyi fədakarlıqları dövlətimiz və xalqımız unutmur. Qəhrəman Turqutun Vətən sevgisi və şanlı döyüş yolu bütün nəsillərə örnəkdir. Fəqət Şadlinskaya şəhid Turqutun atası, YAP üzvü Fikrət Zeynalova və anasına belə ogul böyütdükləri üçün təşəkkür etmiş, Turqut kimi əsl Vətən oğulları ilə qürur duyduqlarını bildirmişdir. Ailədə olarkən şəhid Turqutun valideynləri Fikrət müəllim və Zibeydə ana igid Turqut Zeynalovun hərbidəki xidmətlərindən və döyüş yolundan danışmış, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun torpaqlarımızı mənfur düşməndən azad edərək şəhidlərimizin intiqamını aldığından söhbət açmışlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB