“Təxribatlar Qərbin Ermənistana verdiyi tapşırıqdan irəli gəlir” AÇIQLAMA

“Təxribatlar Qərbin Ermənistana verdiyi tapşırıqdan irəli gəlir” AÇIQLAMA

“Erməni tərəfinin Kəlbəcər və Laçın ətrafındakı təxribatları Paşinyan iqtidarının xarici siyasətinə Qərbdən olan təzyiqlərlə bağlıdır. ATƏT-in Minsk qrupunun tərəflər arasında danışıqlarda yenidən vasitəçi qismində çıxış etmək, habelə Qarabağın təhlükəsizliyi ilə bağlı məsələləri qabardaraq onun gələcək müqəddəratı ilə bağlı amillərin gündəmdə saxlanılması Ermənistan və Qərbin birgə maraqlarına cavab verən layihədir”. Bunu “Səs” qəzetinə açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, Minsk qrupunun yenidən dirçəldilməsi Azərbaycanın danışıqlarda mövqeyinə təsir vasitəsi kimi nəzərdən keçirilir: “ABŞ-ın Ermənistanı öz təsir dairəsinə salmaq, Rusiyanın bölgəyə nüfuz dairəsini daraltmaq, Qarabağ problemini gündəmdə saxlamaqla Azərbaycanla münasibətlərdə ondan təsir vasitəsi kimi bəhrələnmək istəklərindən irəli gəlir. Azərbaycanın müstəqil və çoxtərəfli siyasəti Qərbdə bəlli dairələrin maraqlarına cavab vermir. Rusiya ilə münasibətlərin Qərbin təklif etdiyi müstəvi üzərinə gətirilməsi tövsiyə olunur. Azərbaycanın loqistika imkanlarının Rusiya üçün məhdudlaşdırılması gözlənilir ki, bunlar Rusiyanın perspektivdə bölgədə təsir imkanlarının məhdudlaşdırılmasına hesablanıb, Azərbaycanın Qarabağ dövlətimizin daxili işidir kimi məlum mövqeyi görünür Qərbdə erməni diasporu ilə işbirliyində olan ABŞ konqresində və Dövlət departamentindəki bəzi dairələri qane etmir. Fransa Senatında da erməni diasporunun lobbiçilik təkliflərindən mənfəət götürən siyasətçilərin olması nəzərə alınarsa rəsmi İrəvanın danışıqlara yeni ştrixlər qatmasının haradan qidalandığı bəllidir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə