"Şuşa dünyanın ən gözəl diyarlarından birinə çevriləcək” - DEPUTAT ŞƏRH ETDİ

"Şuşa dünyanın ən gözəl diyarlarından birinə çevriləcək” - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva növbəti dəfə Şuşaya səfər ediblər". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

Onun sözlərinə görə, Şuşaya səfər zamanı ölkə başçısı və birinci xanım Mehriban Əliyeva bir sıra yeni obyektlərin açılışında iştirak ediblər: "Qeyd etmək lazımdır ki, Şuşa işğaldan azad edildikdən sonra qısa müddət ərzində burada abadlıq, quruculuq işlərinə başlanıldı. Eyni zamanda burada aparılan təmir-bərpa işləri ilə yaxından maraqlanıblar. Otellərin inşası ilə tanış oldular. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan qısa müddətdə Şuşada böyük bərpa işlərinə başlayıb və qısa müddətdə Şuşanı dünyanın ən gözəl, ən abad bir bölgəsinə çevirəcək. Azərbaycan bu istiqamətdə çox ciddi işlər həyata keçirir. Yeni layihələr hazırlanır. Bu səfərlər tez-tez təşkil olunur. Bu da Azərbaycan dövlətinin gücünün, qüdrətinin göstəricisidir. Dövlətin bu istiqamətdə həyata keçirdiyi işlər uğurla həyata keçirilir. Bir daha qeyd edim ki, Azərbaycan qısa müddətdə Şuşanı dünyanın ən gözəl diyarlarından birinə çevirəcək”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə