Yağı düşmən dost olmaz - TƏHLİL

Biz ulularımızdan, ata-babalarımızdan yetərincə nəsihətlər almışıq və yağı düşmənin dost ola bilməyəcəyi barədə deyilənlər öz təsdiqini tapmaqdadır. “Yağı düşmən dost olmaz”, deyə bizə nəsihət, 1300 il bundan əvvəl xalqımızın qəhrəmanlıq tarixini, onun müdrikliyini, milli mədəniyyətini əks etdirən, canlı tarix hesab edilən “Kitabi-Dədə Qorqud” dastanında edilib. Eyni ilə Qazan xanın el-obasını talan edən, yağmalayan, qız-gəlinlərini əsir aparan, həmin o “Kitabi-Dədə Qorqud” dastanından tanıdığımız əzəli və əbədi düşmənlərimiz olan Şöklü Məliyin vəhşi təbiətli nəvə-nəticələrinin öz havadarlarının köməyi ilə dəfələrlə üstümüzə hücum çəkdiyinin şahidi olmuşuq, namərdliyinə bələdik və düşmənimizi də, onun xislətini də unutmağa haqqımız yoxdur.

Düşmən bizə qəfil, namərd həmləsi etsə də, buna hazır olmalıyıq. “Kitabi-Dədə Qorqud” kimi müdrik bir dastanımız, bu dastanda adı çəkilən Beyrək, Basat, Qazan xan, Buğac, Qarabudaq, Dəli Domrul kimi yenilməz xalq qəhrəmanlarımızın ruhu bu zamana qədər bizə daim ruh verib, bizi, bütün qüvvələrimizi səfərbər edib, qələbə, zəfər çalmağa çağırırdı və biz bir xalq olaraq birləşib, müzəffər Ali Baş Komandanın rəhbərliyi, Azərbaycan Ordusunun şücaəti, rəşadəti ilə bu çağırışa cavab verdik, şəhidlərimizin, qazilərimizin qanı, canı bahasına yağı düşmən üzərində qələbə qazandıq, Zəfər əldə etdik. İndi artıq adı çəkilən dastanımızın xalq qəhrəmanlarının deyil, həm də şəhidlərimizin ruhu qarşısında borcluyuq və yağı düşmənə fürsət verməmək, vətənimizi, torpaqlarımızı qorumaq bundan sonra bizim ən ümdə vəzifəmiz, şəhid ruhları qarşısında borcumuzdur.

“Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın”, deyə cənab Prezident İlham Əliyev Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 sentyabr - Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önündə çıxışı zamanı ciddi mesajlar ünvanlayıb. Bu mesajlar düşmən tərəfə ünvanlansa da, ölkə rəhbərinin çıxışı bizlər üçün də bir xatırlatmadır. Biz artıq tarix boyu yağı düşmənin xain hərəkətlərinin, xəlvəti şəkildə, özü də namərdcəsinə etdiyi hücumlarının şahidiyik və bunu yaddan çıxarmamalıyır. "Bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək, bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq”, deyən Ali Baş Komandan, cənab Prezident İlham Əliyev hər bir Azərbaycan vətəndaşını bundan sonra ayıq-sayıq olmağa, vətənimizi, yurdumuzu, torpaqlarımızı düşmənlərdən qorumaq üçün hər zaman hazır olmağa, bundan sonra düşmənin başını qaldıraraq ölkəmiz üçün hərhansı təhdid yaratmasına imkan verməməyə çağırıb. Bir sözlə, çağırışdan da bəlli olur ki, düşmən öz xislətini göstərməkdə davam edir, elə düşmən olaraq da qalır və biz ən azından bu zamandan etibarən bunu heç vaxt unutmamalıyıq.

Təəssüf ki, tarix boyu yağı düşmənin etdikləri unudulub və bundan istifadə edən namərdlər də öz mənfur əməllərini həyata keçirmələri üçün münbit şərait, imkan tapıblar. Elə Şöklü Məliyin Oğuz elinin başına gətirdiyi müsibətlər bizə kifayət etməli idi ki, nəticə çıxarılsın və düşmənin başını qaldırmasına imkan verilməsin. Dədəmiz Qorqud da bunu tövsiyyə edirmiş və yağı düşmənin dost olmayacağı barədə əvvəlcədən bizi xəbərdar edirdi ki, həmin o namərd düşmən başımıza müsibətlər gətirməsin. Axı o həmin Dədə Qorqud idi ki, qeybdən xəbərlər gətirirdi və onun dedikləri bizim yaddaşımıza həkk olunmalıydı və tövsiyyələri də yaddan çıxmamalı idi. Əlbəttə ki, yağı düşmən barədə deyilənlər doğru oldu və zaman-zaman xalqımızın müsibətlər yaşaması bunun təsdiqidir. Elə ona görə də bundan sonra Ali Baş Komandanın, cənab Prezidentin məhz Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 sentyabr - Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önündə çıxışı zamanı etdiyi tövsiyyəsini unutmamalıyıq ki, yağı düşmən başımıza bundan sonra müsibətlər gətirə bilməsin və bunun üçün həqiqətən də düşmənin başını qaldırmasına, bizi təhdid etməsinə imkan verilməməlidir.

Ötən əsrin əvvəllərində erməni daşnaq birləşmələrinin Azərbaycan torpaqlarına hücum çəkməsi, xalqımızın başına müsibətlər gətirməsi, soyqırım törətməsi, mülki əhaliyə qarşı divan tutması, vəhşiliklərə imza atması yaddaşlardan silinməməli idi. Cəmi iki-üç gün ərzində minlərlə azərbaycanlının həyatına son qoyan, özü də onları vəhşicəsinə qətlə yetirən erməni daşnaqlarından yurdumuz təmizlənsə də, cənab Prezidentin tövsiyyəsində qeyd olunduğu kimi, gərək onlara bir də baş qaldırmaları üçün imkan verilməyəydi ki, ölkəmiz, xalqımız üçün təhdid yarada bilməsinlər. Qocaları, uşaqları, hamilə qadınları süngüdən keçirən, insanları diri-diri yandıran, diri-diri basdıran vandalları torpaqlarımızdan qovsaq da, arxayınlaşmamalıydıq və qoymamalıydıq ki, bir də baş qaldırsınlar. Müsəlman dini mənsubiyyətli əhalini xüsusi amansızlıqla qətlə yetirənlərdən sonralar da eyni vəhşilik, eyni vandallıq gözlənilməli idi və bunun üçün baş qaldırmalarına imkan verilməməli idi. Əlbəttə ki, əks halda elə həmin o ötən əsrin sonlarında da müsibətlərlə qarşılaşmalı, yağı düşmənin namərdcəsinə ərazilərimizə basqın etməsinə, Qarabağ və ətraf ərazilərində amansızcasına soyqırımlar törətməsinə, xüsusilə Xocalı faciəsi kimi, insanlıq dramını törətməsinə şahidlik etməli idik və belə də oldu.

Sözsüz ki, yağı düşmənin hər zaman fürsət gözlədiyi ötən əsrin sonlarında da özünü bir daha göstərdi. Sövet imperiyasının əsarətindən yenicə qurtaran, müstəqilliyini, suverenliyini yenidən bərpa edən Azərbaycanda hökm sürən xaosdan, səriştəsiz hakimiyyətin olmasından, yaxud hakimiyyətsizlikdən namərdcəsinə istifadə edən yağı düşmən, eyni ilə əcdadı Şöklü Məliyin “ənənəsinə” sadiq qalaraq, torpaqlarımıza soxuldu. Eyni ilə öz əcdadı kimi, torpaqlarımızı yağmaladı, silahsız dinc əhalini, qız-gəlinləri əsir götürdü, apardı və hələ də taleləri bəlli deyil. Hələ də Bəybura kimi ataların timsalında valideynlərin çoxu öz övladlarının, Beyrək misalında öz oğullarının yolunu gözləyirlər. Hələ də ağlamaqdan gözləri tutulan ata-analar var ki, erməni zülmünün qurbanı olan balalarının itgisi səbəbindən əzab çəkirlər. Bütün bunların baş verməməsi üçün vaxtında ayıq-sayıq olmaq, ölkə rəhbərinin qeyd etdiyi kimi, yağı düşmənin baş qaldırmasına imkan verməmək lazım gəlirdi ki, ölkəmizə qarşı hərhansı təhdidlər yarada bilməsin, amma görünür düşmən baş qaldıra bilib ki, təhdid də yaradıb, üstəlik qırğınlar da törədib.

Artıq xalqımız üçün, Azərbaycan xalqı üçün yağı düşməndən dost olmayacağını təsdiq edən yetərincə nümunə və təsdiqedici faktlar var. İki əsrdir ki, Azərbaycan xalqı erməni vandalizmindən, terrorundan, separatçılığından əziyyət çəkir. Uzun zamandır ki, Şöklü Məliyin varislərinin, hayların qondarma “Böyük Ermənistan” adlı sərsəm iddiaları Cənubi Qafqazda sülhə, əmin-amanlığa mane olur və ermənilərin özlərindən də olmaqla, bunun acısını minlərlə, on minlərlə insan çəkib. Hələ də Oğuz elinin digər torpaqlarında gözü olan hayların dinc oturmayacağı təkzib edilə bilməz. Hazırda həmin o hayların “başbilənlərinin” dünyanın bir çox inkişaf etmiş dövlət başçılarının ətəyindən yapışması, yalvarması, bölgədə qarışıqlıq yaratmaq üçün əldən-ayaqdan getmələri deyilənləri təsdiq edir. Təsdiq edir ki, hayların məkri hələ bitib-tükənən deyil və namərd hərəkətləri hər an gözləniləndir. Rusiyadan, böyük rus qardaşlarından əlləri üzülən hayların Qərbdə özlərinə yeni ağa axtarmaları, indi də ABŞ kimi bir dövlətin və bu dövlətin rəsmilərinin ayaqları altına sərilmələri bunu deməyə əsas verir ki, erməni xisləti olduğu kimi qalıb, məkri də öz yerindədir və deməli, cənab Prezidentin də vurğuladığı kimi, qoymamalıyıq ki, onlar baş qaldırsınlar və bizim üçün təhdid yaratmalarına da imkan verməməliyik. Çünki həqiqətən də, düşmən elə düşmən olaraq qalır və yağı düşmən də heç zaman dost olmaz.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə