"Heydər Əliyevin hakimiyyətə gəlməsi bir xoşbəxtlik idi" - DEPUTAT ŞƏRH ETDİ

"Heydər Əliyevin 3 oktyabr 1993-cü il tarixində ümumxalq səsverməsi ilə Prezident seçilməsi tarixin dönüş nöqtəsi idi. Gəlin tarixə nəzər salaq. Bu yol 20 iyul 1990-cı il tarixində qəlbinin səsi ilə Azərbaycana qayıdan Heydər Əliyevin böyük siyasətə qayıdışı ilə başladı. Bədnam qüvvələr onun paytaxt Bakıda qalmasına imkan vermədilər iki gün sonra Naxçıvana yola düşmək zorunda qaldı. Həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçildi. 3 sentyabr 1991-ci il tarixində Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçildi və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini oldu". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sadiq Qurbanov deyib.

Onun sözlərinə görə, 21 noyabr 1992-ci il tarixdə Azərbaycan ziyalılarının müraciətinə əsasən Heydər Əliyev Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçildi: "1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürüb və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur oldu.

Heydər Əliyev 15 iyun 1993-cü il tarixində Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməklə eyni zamanda iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 0 3 oktyabr 1993-cü il ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu tarixin Azərbaycan xalqına bəxş etdiyi bir xoşbəxtlik idi. Böyük siyasi xadim Heydər Əliyev parçalanmaqda olan dövlətimizi daxili və xarici düşmənlərimizdən qorudu. Siyasi sabitlik yaratdı. Heydər Əliyevin hakimiyyətə gəlməsi nəticəsində dövlətimiz möhkəm təməllər üzərində qurulmağa başladı. Orduda vahid komnadanlıq təmin edildi, nizami ordunun formalaşması intensiv şəkil aldı. Ermənistanla atəşkəsə nail olundu. Beynəlxalq miqyasda Ermənizstanın təcavüzkar kimi tanınmasına nail olundu ən əsası isə Heydər Əliyev öz siyasi varisi İlham Əliyevi yetişdirdi. Bu isə Azərbaycanın gələcəyinin təminatçısına çevrildi".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə