Koçaryan ölkədə artan anti-Rusiya əhval-ruhiyyəsindən danışıb

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan ölkədə anti-Rusiya əhval-ruhiyyəsi meylini pisləyib və bunun yaxşı heç nəyə gətirib çıxarmayacağını bildirib. Bu barədə SİA Rusiyadakı mənbələrə istinadən xəbər verir.

"Dünya dəyişəcək, çox şey dəyişəcək, amma yenə də Rusiya bizim strateji tərəfdaşımız olaraq qalacaq", - eks-prezident İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

Köçəryan əlavə edib ki, Rusiyanı zəiflətmək cəhdləri də Ermənistanın maraqlarına cavab vermir.

Bundan əvvəl Siyasi İnformasiya Mərkəzinin baş direktoru Aleksey Muxin bildirmişdi ki, Rusiya kollektiv Qərblə müharibə vəziyyətində olduğu bir vaxtda Ermənistanın ABŞ-a yönəlik xarici siyasəti getdikcə daha aydın olur. Politoloq qeyd edib ki, ölkənin baş naziri Nikol Paşinyan indi bunu gizlətməyə belə çalışmır.

ABŞ prezidenti Co Bayden İrəvanı dəstəkləməyə davam edəcəyinə söz verib. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi də ölkəyə işgüzar səfəri zamanı da bəzi işarələr verib.

Bütün xəbərlər Facebook səhifəmizdə