"Bu məsələlərdə Azərbaycanın mövqeyini nəzərə almalıdırlar" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Emmanuel Makron və Co Baydenin görüşündə yəqin ki, region məsələləri müzakirə olunacaq. Bildiyimiz kimi, Fransa və Amerikanın fərqli bir münasibəti var. Bu, xüsusilə status və ATƏT-in fəaliyyəti ilə bağlıdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, yanaşmalar müxtəlifdir: "Hesab edirəm ki, Azərbaycanın mövqeyi kifayət qədər qətiyyətlidir və Azərbaycan heç bir məsələdə güzəştə getmək istəmir. Bu görüşdə Ermənistanın təşəbbüs və təkliflərinə əsasən Qarabağ məsələsi yəqin ki, qaldırılacaq".
Deputat sözlərinə belə davam edib: "Hazırda digər bir məsələ isə ondan ibarətdir ki, beynəlxalq hüquq Azərbaycanın mövqeyini dəstəkləyir. Biz gördük ki, ATƏT yanlız işğalla barışmağı tövsiyə edirdi. Bu baxımdan bizim üçün bu görüş önəmlidir. Beynəlxalq hüquq da bunu dəstəkləməlidir. Onlar bu məsələlərdə Azərbaycanın mövqeyini nəzərə almalıdırlar.
Azərbaycanın haqqı var ki, öz qətiyyətli mövqeyindən istifadə edərək məqsədinə nail olmaq üçün müəyyən addımları atsın".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB