"Dünya müharibəsi kütləvi qırğın silahlarının işə salınması deməkdir" - POLİTOLOQ ŞƏRH ETDİ
"Dünya özünün ən gərgin dövrlərini yaşayır. Koronavirus pandemiyası dünyanı bir cür sarsdı". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.
Politoloqun sözlərinə görə, onun ardından dünya iqtisadi böhranı yaşanmağa davam edir: "Bu böhranın dərinləşməsinə səbəb olan amillərdən biri Rusiyanın Ukraynaya təcavüzüdür. Rusiya Avropa bazarlarına öz neftinin və qazının göndərilməsindən imtina edib. Bu da dünya enerji balansında gərginlik yaradıb. Həmçinin bəzi regional toqquşmalar da vəziyyəti gərginləşdirən amillər sırasındadır. Bütün bunları nəzərdə tutaraq bəzi ekspertlər, hətta dövlət başçıları belə hesab edirlər ki, 3-cü dünya müharibəsi artıq başlayıb və yaxud da bir müddət sonra başlayacaq. Bu məsələdə Serbiyanın prezidenti daha fəaldır. Rusiyada bu məsələ dəfələrlə çeynənilib. Bəzən Macarstanın Baş naziri də buna bənzər bəyanatlar verir. Amma düşünürəm ki, nüvə silahı ilə müşayiət olunacaq 3-cü dünya müharibəsinin baş vermə ehtimalı çox zəifdir. Çünki dünya müharibəsi demək kütləvi qırğın silahlarının işə salınması deməkdir. Bu isə bütün insanlığın sonu deməkdir. Bu da nəticə etibarilə dünya sivilzasiyasının məhvinə gətirib çıxara bilər.
Zənnimcə, bəzi axmaq siyasi liderləri çıxmaq şərti ilə dünyanı idarə edə bilən sağlam düşüncəli və baş verən prosesləri real qiymətləndirə bilən bacarıqlı siyasətçilər az deyil. Məhz onların səyi nəticəsində dünyada baş verən münaqişələrin pik həddə çatmasının qarşısı alınır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB