İrina Tsukerman: “Avropa ölkələri qışqırır, ayaqlarını yerə döyəcləyir, təhdid edirlər” ŞƏRH

İrina Tsukerman: “Avropa ölkələri qışqırır, ayaqlarını yerə döyəcləyir, təhdid edirlər” ŞƏRH

“Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı öz ərazilərini erməni işğalından azad etməsinin ardınca Bakının situasiyası yaxşılaşdı, lakin təəssüf ki, sərhəddə baş verən son hadisələr (12-14 sentyabr) müxtəlif beynəlxalq KİV-lərin Azərbaycana qarşı hücumları ilə müşahidə olundu”. SİA xəbər verir ki, bu fikirləri ABŞ-nın hüquq müdafiəçisi və jurnalisti, Scarab Rising, Inc. Konsultasiya şirkətinin prezidenti İrina Tsukerman YouTube kanalında “Rasim Babayevlə müasir söhbət” adlı müəllif proqramındakı müsahibəsində deyib.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsindəki uduzan tərəf birdən-birə, gözlənilmədən mümkün prosesi pozmağa və Bakının Avropada artan roluna və prinsiplərinə qarşı çıxış etmək imkanına malik oldular: “Bu yolla növbəti təbliğat müharibəsi realizə olundu. Biz növbəti dəfə gördük ki, əslində nəyin baş verdiyini çox gözəl bilən müəyyən Avropa ölkələri qışqırır, ayaqlarını yerə döyəcləyir, təhdid edir və s. Yəni bütün bunlar çoxdan işlənmiş ssenaridir”.

Tsukermanın sözlərinə görə, Bakı bu gün də güclü informasiya hücumuna məruz qalmaqdadır və ikili standartlar siyasəti ilə qarşı-qarşıya qalır. O, əlavə edib ki, bu situasiya heç vaxt dəyişilməyib. Baxmayaraq ki, müvəqqəti sakitlik yaranmışdı, amma bu, müharibənin sonu demək deyil. Müharibənin sonu sülh sazişinin imzalanması, tam inteqrasiya və s. kimi məsələlərin həyata keçirilməsidir.

Amerikalı ekspert regionda sabitliyin əldə edilməsi üçün Rusiya sülhməramlılarının səmimi məqsədlərinə şübhə etdiyini də istisna etməyib və onu da bildirib ki, sülh prosesinin əldə olunmasında bəzi məqamlar mövcuddur. “Nə qədər ki Rusiya, erməni revanşistləri, beynəlxalq lobbiçilər və hətta İran proses iştirakçılarına əlçatan olacaqlarsa həmin proses pozulacaq”, deyə bildirən Tsukermana sual edib ki, məhz bu kimi hücumlara, terror təxribatlarına nə üçün imkanlar olur? SİTAT: “Ona görə ki, Rusiya sülhməramlıları öz işlərini görmürlər. Onlar ayrı-ayrı qruplaşmalara göz yumurlar. Bu, o deməkdir ki, onlara sadəcə etibar etmək olmaz”.

Hüquq müdafiəçisinə görə, beynəlxalq güclər prosesə cəlb edilməklə baş verən erməni təxribatlarının təkrarlanmaması üçün fəaliyyətə keçmək olar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə