"İranda vəziyyət elə bir hala gəlib çıxıb ki,.." - POLİTOLOQ İZAH ETDİ

"İranda vəziyyət elə bir hala gəlib çıxıb ki,.." - POLİTOLOQ İZAH ETDİ

"Hazırda İranda daxili iğtişaşlar, narazılıqlar getdikcə artmaqdadır". Bu sözləri SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, İranda qüvvələr artıq etirazçılara atəş, açmağa belə çəkinmir: "Verilən son məlumatlara görə, 55-dən çox insan aksiyada həyatını itirib. Uzun illər ərzində İranda həm sosial-iqtisadi vəziyyətin ağır olması, həm insanlar arasında gərginliyin formalaşdırılması, sosial qruplar arasında fərqlərin yaranması, din pərdəsi altında müxtəlif ambisiyalara xidmət edən addımlkarın dövlət tərəfindən atılması, bu kimi tədbirlərin görülməsi mahiyyət etibarilə bu gün ölkədə bu kimi gərginliyin yaranmasına gətirib çıxardır. Artıq İranda vəziyyət elə bir hala gəlib çıxıb ki, dövlət bunun qarşısını ala bilmir. Gözənilən ondan ibarətdir ki, bu kimi iğtişaşlar vətəndaş müharibəsinə səbəb ola bilməsə də, ölkədaxili parçalanmaya səbəb ola bilər. Bu da təbii ki, regionun gələcəyi baxımından heç də yaxşı bir hal sayılmır".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə