YAP Şəmkir rayon təşkilatında Anım Günü qeyd olunub FOTOLAR

YAP Şəmkir rayon təşkilatında Anım Günü qeyd olunub FOTOLAR

YAP Şəmkir rayon təşkilatında “27 sentyabr - Anım Günü” ilə əlaqədar olaraq tədbir keçirildi.Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilat sədrləri,YAP fəalları iştirak etdilər.Tədbirdə 44 günlük Vətən müharibəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev qeyd edib ki, haqq və şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən 44 günlük müharibədə Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi ilə xalqımız misilsiz əzm və iradə nümayiş etdirib və bir yumruq kimi birləşərək böyük Zəfər əldə edib.F.Vəliyev bildirdi ki, 30 illik həsrətə son qoymaq üçün Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək cəmi 44 gün davam edən müharibə Azərbaycan Ordusu tərəfindən şanlı Qələbə qazanaraq 30 il davam edən işğala son qoydu, ərazi bütövlüyünü bərpa etdi. Azərbaycanın işğal altında qalan əraziləri igid sərkərdəmizin dövlətimizin başçısının rəhbərliyi ilə geri qaytarıldı. Bu qələbə ilə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın yeni tarixinə qızıl hərflərlə yazılacaq sətirlərin müəllifi oldu və öz adını da tarixə əbədi yazdı.Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident cənab İlham Əliyev 27 sentyabr Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.tərəfindən, movnınlat əsdrləri ildi.Çıxış edən Şəmkir şəhər ərazi partiya təşkilatının sədri Pərviz İbrahimov Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açaraq Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı erməni işğalçılardan azad etdiyini qeyd edib. Vətən müharibəsinin getdiyi hər gün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları televizor qarşısında nəfəsini tutaraq Ali Baş Komandanın müraciətlərini, sosial şəbəkədə paylaşdığı qələbə tvitlərini gözləyirdilər. Həmin günlərdə bütün Azərbaycan xalqı misilsiz həmrəylik nümayiş etdirmiş, Ali Baş Komandanın və Ordumuzun ətrafında sıx birləşərək vahid ideya-doğma torpaqların işğaldan azad olunması ideyası ətrafında birləşmişdi. Həmrəyliyin bu sarsılmaz gücü əsgər və zabitlərimizi ruhlandırır, düşməndə isə sözlə ifadə edilməyəcək dəhşətə səbəb olurdu.Tədbirdə digər çıxış edənlər Azərbaycan xalqının bu tarixi uğura görə qəhrəman şəhidlərimizə, qazilərimizə və Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevə borclu olduğunu bildirdilər. Qəhrəman şəhidlərimizin qanı bahasına başa gəlmiş bu Qələbə ilə Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi. 44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu. Azərbaycan Ordusu şəhidlərin qanını yerdə qoymadı. Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.

Bütün xəbərlər Facebook səhifəmizdə