Bayrağımız tarixi torpaqlarımızda dalğalanır ŞƏRH

Bayrağımız tarixi torpaqlarımızda dalğalanır ŞƏRH

Bu günlərdə tarixi Azarbaycan torpaqlarında Azarbaycan Bayrağının dalğalanması adamın ürəyini qürur hissi ilə doldurur. İşğalda olmuş qədim Azərbaycan torpaqlarını ancaq yuxularımızda görə bilərdik. Amma bu gün Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İlham Əliyevin göstərişi ilə, artıq dünyada tanınan yenilməz Azərbaycan ordusunun igidliyi sayəsində Azərbaycan bayrağının tarixi torpaqlarımızda dalğalandığını görürük . Bunu görəndə fərəh, sevin hissi adamı bürüyür. Yuxuda gördüyümüz Azərbaycan torpağları, indi həqiqətə çevrilib. Bu uğurlar qan bahasına olsa da, amma onu da bilməliyik: "Torpaq uğrunda ölən varsa vətəndir". Bir zamanlar Kəlbəcərin adı çəkiləndə ürəyimiz dağ-dağ olurdu. Amma bu gün deyirik, Kəlbəcər bizimdir. Belə uğurlarımıza sevinməyənlərin heç insanlıqdan xəbəri yoxdur. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbəmiz tarix boyu danışılacaq. Dünya tərixində elə bir müharibə olmayıb ki, dişindən dırnağına qədər silahlanmış düşmənə bıçaqla qələbə çalasan. Bax bu vətənpərvərlikdir, igidlikdir, qəhrəmanlıqdır. Bax bu, ölkəsinə, xalqına, torpağına məhəbbətdi. Bu gün Azərbaycanda gedən quruculuq işlərinə dünya ölkələri heyran qalıb. Azərbaycanın belə inkişafı bizi istəməyənlərin gözünə bıçaqdı. Bizi istəyənlərin sevinci, fərəhidi. Bilirəm, bu gün şəhidlərimiz var, gözü yaşlı analarımız var. Bilirəm ağır dərddir. Mən o dərdi yaşamışam. Analara, atalara səbr diləyirəm, qazilərimizə şəfa diləyirəm. Nə qədər ağır olsa da bizi buna təhrik ediblər. Düşmən çox qəddardı. Tarix boyu biz bu düşməndən zərər görmüşük. İndi görsünlər ki, yenilməz Azərbaycan ordusu ilə oynamaq olmaz. Çünki bu orduda monolit birlik var. Düşmən artıq Azərbaycanın gücünə və Azərbaycan ordusunun əlinin duzunu daddı. Zaman-zaman içimizdə ki, kafirin tör-töküntüləri də cəhənnəmə vasil olacaq.

Hər damla şəhid qanı,

Yüz kafirə əvəzdir.

Evə girmiş ilanın,

Balam başını əzdi.

Qiyamətə qalmadı,

Bu vətənin qisası

Başını uca saxla,

daha şəhid anası!

Başını uca saxla,

daha şəhid atası!

Bilirəm bala dərdi,

Bir dözülməz dağ olur.

Hər yadına düşəndə

Ürəyin dağ dağ olur.

Ondan ağır dərd də var,

Vətən dərdi, turd bəlası.

Başını uca saxla,

daha şəhid anası!

Başını uca saxla,

Daha şəhid atası!

Kəsiləcək bu yurddan yağıların ayağı

Kalbəcərdə, Laçında, Qubadlıda,

Qarabağda dalğalanır Azərbaycan bayrağı!

O gün deyil uzaqda,

Başdan- başa vətən cənnət olacaq,

Ulu öndər demişkən

"Azərbaycan dünyaya günəş kimi doğacaq!"

Zamanlı Mirsayyaf

Kəlbəcər rayonundan məcburi köçkün yazıçılar birliyin üzvü

Əməkdar müəllim, şəhid atası

Göndərdi: Səkinə Baxışzadə YAP Kəlbəcər rayon təşkilatının məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə