Ziyarətdə Zərdab rayonundan olan aprel döyüşlərinin, 44 günlük Vətən müharibəsinin, 12-13 sentyabrda erməni təxribatının qarşısını alarkən həyata keçirilən "Qətiyyətli cavab" əməliyyatının şəhidləri və onlarla eyni məzarlıqda uyuyan birinci Qarabağ döyüşlərində şəhid olmuş qəhrəmanlarımızın məzarları ziyarət olundu. Tədbirdə şəhidlərimizin doğmaları, YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev və YAP fəalları, Rayon Gənclər və İdman idarəsinin rəisi Ələkbər Kərimov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zərdab nümayəndəliyinin direktoru Vüsal Yusifov, kənd icra nümayəndələri, din xadimləri, şəhidlərimizin təhsil aldığı ümumtəhsil müəssisələrinin direktor, müəllim və şagirdləri iştirak etmişlər.Tədbirdə şəhidlərimizin ruhuna dualar oxunaraq məzarları üzərinə qərənfillər düzüldü. Onların keçdiyi şərəfli həyat və döyüş yolu barədə məlumatlar verilərək şəhidlərimizin hər birimiz üçün qürur mənbəyi olduğu qeyd edildi.Şəhid valideynləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq edərək tədbir iştirakçılarına təşəkkürlərini bildirdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB