YAP Bərdə rayon təşkilatının əməkdaşları Nicat Abbasovu ziyarət ediblər FOTOLAR

YAP Bərdə rayon təşkilatının əməkdaşları Nicat Abbasovu ziyarət ediblər FOTOLAR

Bu günlərdə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya başda olmaqla təşkilatın məsul işçiləri – Elməddin Əsgərxanov, Əlövsət Məmmədov, Coşqun Tapdıqlı, Vasif Mehdizadə və Yeni Daşkənd kənd ƏPT fəalları ilə birlikdə “PAŞA sığorta”ASC-nin dəstəyi ilə rayonun Yeni Daşkənd kənd sakini, Ermənistanın sentyabr geniş miqyaslı hərbi təxribatının qarşısının alınmasında yaralanaraq Gəncə qospitalinda əməliyat olunub evinə qayıdan müddətdən artıq həqiqi hərbi xidmət qulluqcusu Abbasov Nicat Əbülfət oğluna baş çəkmişlər.Yeni Daşkənd kənd camaatı və onların içində Nicatın nənəsi Mansurova Pəri, babası Mansurov Əsgər 1948 -53-cü illərdə Göyçə mahalının Daşkənd kəndindən Ermənistan tərəfindən deportasiya olunaraq Bərdəyə pənah gətirib burada məskunlaşmışlar. Və elə burada məskunlasarkən həmin Daşkənd adının unudulmaması üçün buraya Yeni Daşkənd adı verilmisdir.Çavuş Abbasov Nicat Əbülfət oğlu iki il yarım idi ki, müddətdan artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq qardaşı Abbasov Natiq Əbülfət oğlu İlə birlikdə Azərbaycan Silahlı Qüvvələrində Vətənə xidmət edirdi. Hər iki qardaş sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə igidliklə döyüşmüş, cənab Prezident İlham Əliyevin sərəncamı ilə Nicat “Vətən uğrunda”, Natiq isə “Vətən uğrunda”və “Suqovşanın azad olunmasına görə” medallaraına layiq görülmüşlər. 2022-ci il sentyabr təxribatına cavab olaraq Nicat Abbasov yenidən döyüşlərə atılmış, müəyyən postların alınmasında və möhkəmləndirilməsində iştirak etmişdir. Lakin döyüş zamanı düşmənin atdığı qumbaranın partlaması nəticəsində yaralanmışdır.

Yaralı Nicat Əbülfət oğlu ilə görüş zamanı təşkilatın sədri Fəqət Şadlinskaya bildirmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, güclü Komandanlığı, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində 30 illik həsrətə son qoyuldu. 2020-ci il ölkəmiz üçün Qələbə ili kimi tarixə düşdü. Ancaq bunu həzm edə bilməyən düşmən öz hərbi təxribatlarını törətməkdə davam edir. Sizin kimi igid oğullarımızın sayəsində düşmən ordusu darmadağın edilərək geriyə çəkilməyə məcbur edildi. Bugün qəhrəman oğullarımızın Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif olunmuş, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar.Görüş zamanı Nicat, valideynləri həm Nicatın, həm də qardaşı Natiqin hərbdəki xidmətlərindən və döyüş yolundan danışmış, pulsuz müalicə olundugundan, möhtərəm Prezidentimiz cənab İlham Əliyev və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində qazilərə göstərilən diqqət və qayğıdan məmnun olduqlarını ifadə etmişlər.YAP rayon təşkilatının sədri və məsul işçiləri ailənin çətinlikləri ilə maraqlanmış və bəzi problemlərin həlli üçün köməkliklər göstərmişlər.

Bütün xəbərlər Facebook səhifəmizdə