27 Sentyabr 2020- ci il - Vətən müharibəsi adlandırdığımız mənası dərin, hüznü sevincə qarışan, 44 şərəfli günün başlandığı tarix. 30 ilə yaxın idi ki, Vətənimizin köksü yaralı, boynu bükülmüş idi. Bu illər ərzində bizi Qarabağa qovuşmaq üçün yollar axtararkən dünya bu ədalətsizliyə susurdu. Amma əzmli Azərbaycan xalqı ümidli idi. Bu dərdə dərman olmaq arzuya çevrilmişdi. Hər sözümüz , hər söhbətimiz Azərbaycan adı ilə başlayıb, Qarabağla bitirdi. Vətən müharibəsində cəsur, qorxmaz oğullarımız sayəsində Qarabağımız azad edilərək Qarabağın üzərindən qara buludlar çəkildi. İndi onun səmasında sülh göyərçinləri uçur. Azad Qarabağ üçün neçə igidlər, necə canlar getdi, müqəddəs şəhidlik zirvəsinə ucaldılar, öz şirin canlarından keçərək Vətən uğrunda şəhid olmağı hər şeydən üstün bildilər. Halbuki Qarabağdan uşaqlar qundaqda evlərini tərk etmişdilər. Onlar 30 il sonra toplarla, tüfənglərlə geri döndülər. Bu geri dönüşün yalnız bir adı vardı - Vətən sevgisi. Bu sevgi heç nə ilə əvəz edilməzdi.Vətən müharibəsində qazanılan qələbə Azərbaycan dövlətinin qüdrətini və xalqımızın yenilməz ruhunu bütün dünyaya nümayiş etdirdi. Bu qələbə xalqın özünə inamımnı qaytardı. Biz bu qələbəni Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, şəhidlərimizə və Azərbaycan Ordusunun hər bir əsgərinə borcluyuq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Xəyalə Mustafayeva
Tərtər rayon Ələsgərli kənd tam orta məktəbinin direktor müavini, YAP Tərtər rayon təşkilatının fəalı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB