"Şuşa Azərbaycanın mədəniyyət beşiyidir" layihəsi çərçivəsində Şuşaya səfər edilib ŞƏRH

"Şuşa Azərbaycanın mədəniyyət beşiyidir" layihəsi çərçivəsində Şuşaya səfər edilib ŞƏRH

Azərbaycan Respublikasının Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin "Şuşa İli" çərçivəsində elan etdiyi xüsusi müsabiqənin qalibi olan İnnovativ təşəbbüslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının tərəfdaşlığı və sosial media ekspert, bloger, aktivist və ictimai fəalların iştirakı ilə Şuşaya səfər təşkil edilmişdir. Səfər çərçivəsində iştirakçılar tərəfindən birinci gün Şuşa şəhərinin şimal və qərb hissəsindəki tarixi və mədəniyyət abidələri ziyarət edildi və "Google Maps" və "Yandex Maps" üzərindən 26 tarixi və mədəniyyət abidəsi, küçə, məhəllələrə dair şəkil və paylaşımlar edildi. Qruplar şəklində Bülbülün ev muzeyi, Şuşa Həbsxanası, Xan Şuşinskinin evi, Şuşa Xan Sarayı, Xan qızı Natəvanın sarayı, Hacı Qulu Ələsgərovun yaşayış evi, Şuşanın qədim məzarlığı və digər yerlər ziyarət edildi. Günün sonunda iştirakçılardan bir qrupunun iştirakı ilə seminar təşkil edildi. Seminarda növbəti gün görüləcək işlər barədə geniş müzakirələr aparıldı.
Səfərin ikinci günü ictimai fəallar və blogerlərdən ibarət ikinci qrup tərəfindən Şuşa qalası, Üzeyir Hacıbəyovun ev muzeyinin qalıqları, Cıdır düzü, Seyidli məhəlləsi, Seyidli məscidi, Vaqif türbəsi, Məşədi Qaranın evi, İsa bulağı, Mir Faseh qəbiristanlığı, Şuşa Şəhidlər xiyabanı və digər abidələr ziyarət edildi. Şəhidlər xiyabanını ziyarət zamanı Vətən müharibəsi şəhidlərinin timsalında bütün şəhidlərimiz anıldı. Sonra isə Mərdinli, Çölqala, Ağadədəli, Köçərli, Qaçançalı məhəllələrindəki abidələr və İsa bulağı ziyarət edildi. İkinci gün ümumilikdə 53 abidə ziyarət edildi. İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, YAP Nəsimi rayon təşkilatının sədr müavini Abbas Pənahov isə layihə çərçivəsində ümumilikdə 79-dan çox yer, məhəllə, tarixi, mədəni və dini abidələrin Google Maps və Yandex Maps üzərindən əlavə edildiyini vurğuladı. Və bu rəqəmin 134 çatdırılacağını bildirdi.Daha sonra çıxış edən "Google Maps" üzrə ekspert Elvin Hüseynzadə "Google" xəritələr üzərində müvafiq işlərin aparıldığını qeyd elədi.

Nəzakət Ələddinqızı

Bütün xəbərlər Facebook səhifəmizdə