Ermənistanın revanşist siyasəti bütün region üçün təhdid yaradır ŞƏRH

Ermənistanın revanşist siyasəti bütün region üçün təhdid yaradır ŞƏRH

44 günlük şanlı Vətən müharibəsində əldə edilən tarixi qələbədən sonra regionda ədaləti bərpa edən Azərbaycan uzun illər torpaqlarımızı işğal altında saxlayan, şəhər və kəndlərimizi viran qoyan, vətəndaşlarımıza zülm edən, soyqırımı törədən erməni cəlladlarını torpaqlarımızdan qovub çıxarsa da, hər zaman sülhün tərəfdarı kimi çıxış edib. Ermənistanın tərəfi isə nəinki imza etdiyi bəyanatları, Avropa İttifaqının tövsiyələrini yerinə yetirmir, bağlanılmış sülh müqaviləsinə etinasız yanaşaraq təxribatlara əl atır. Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərir ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmir. Ermənistanın bu cür təxribatlara əl atdığı bir dövrdə Azərbaycanı hədəf alan bəyanat və açıqlamaları təkcə adət etdiyimiz, ənənəvi olaraq hər addımda Azərbaycanı günahlandırmaq istəyən xarici qüvvələrdən deyil, bəzi radikal müxalifət təmsilçiləri heç bir mənəviyyata sığmayan, şəhidlərimizin dəfn edildiyi bir zamanda şəhid ailələrinin hislərinə toxunaraq onlar üzərindən pul qazanmağa, xarici havadarları qarşısında xoş görünməyə çalışıb siyasi divident qazanmaq niyyətinə düşdülər. Pul ilə kirayələnmiş bu müxalif partiyala,r hər zaman olduğu kimi, yenə də dağıdıcılıq mövqeyində dayanaraq, əslində, xalqa müxalif olmağı seçdilər. Nəticədə sosial sistemin kütləvi qeyri-şüuri davranış inersiyasına arxalanaraq dağıdıcılığı da kütləvi sindroma çevirməyə çalışırlar. Ancaq alınmır ki, alınmır və heç vaxt da alınmayacaq. Müstəqil dövlətimiz və mövcud iqtidar Azərbaycan xalqının 100 illik arzusunu, gözləntisini, ümidini reallığa çevirərək onu qalib xalq edib. Bu elə bir kütləvi milli sevinc və qürur hadisəsidir ki, hər bir azərbaycanlı bununla fəxr edir. Bu gün qüdrətli Azərbaycan dövlətinin qələbələrini altay göyüşovları, gültəkin hacıbəyliləri, cəmil həsənliləri, sevinc osmanqızını hövsələdən çıxarır, çarəsizləşdirir, ancaq həm də aqressivləşdirir. Bütün bunlara baxmayaraq ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü müstəqil siyasət, səsləndirdiyi cəsarətli fikirlər, sərt xəbərdarlıqlar bir daha Azərbaycan xalqında əminlik yaradır ki, Azərbaycan dövləti bundan sonra da öz xilaskar liderinin rəhbərliyi ilə bütün sahələrdə qarşıya qoyulmuş vəzifələri uğurla həyata keçirəcək. Əhalinin işğaldan azad olunmuş ərazilərə qayıdışı, normal həyatın davam etməsi ilə regionda sülh və əmin-amanlıq da bərpa olunacaq.

İlyasova Tacirə

Tərtər rayon İlk Peşə İxtisas Məktəbində müəllim

Bütün xəbərlər Facebook səhifəmizdə