Rusiya prezidenti Vladimir Putin səfərbərlikdən qismən qaçanlara 10 ilə qədər həbs cəzası nəzərdə tutan fərman imzalayıb. SİA xəbər verir ki, ötən həftə Rusiyada qismən səfərbərlik elan edildikdən sonra bir çox Rusiya vətəndaşı Türkiyə də daxil olmaqla başqa ölkələrə getməyə başlayıb. Hava limanlarında və qonşu dövlətlərin sərhədlərində yaşanan sıxlığa görə qismən səfərbərlik qərarına əməl etməyənlərin həbs cəzasının tətbiqi üçün qanun layihəsi hazırlanıb. Rusiya parlamentində qəbul edilən qanun bu gün Rusiya prezidenti Vladimir Putin tərəfindən təsdiqlənib.
Kremlin İnformasiya Xidmətində dərc olunan fərmana əsasən, öz qoşunlarına təslim olmayan Rusiya vətəndaşları 10 ilədək həbs cəzası alırlar. Bundan əlavə, bu cinayəti təkrar edənlərə qarşı külli miqdarda cərimələr tətbiq olunması qərara alınıb. Bu cinayəti ilk dəfə törədənləri 1 milyondan 3 milyon rubla qədər cərimə gözləyir. Bu cinayəti təkrar edənləri 8 ildən 10 ilə qədər həbs gözləyir. Digər tərəfdən, Rusiya prezidenti Vladimir Putin Rusiya ordusunda xidmət etmək istəyən xarici vətəndaşların vətəndaşlıq almasını asanlaşdıran qərarı təsdiqləyib. Kremlin İnformasiya Xidmətində dərc olunan fərmana əsasən, Rusiya ordusunda xidmət edən əcnəbilər ölkədə yaşamaq icazəsi almadan birbaşa Rusiya vətəndaşı ola biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB