Ceyhun Bayramov Pakistanın XİN başçısı ilə görüşüb - FOTO

Ceyhun Bayramov Pakistanın XİN başçısı ilə görüşüb - FOTO

Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdari ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Azərbaycanın XİN başçısı "tviter"də yazıb.

“BMT Baş Assambleyası çərçivəsində qardaş Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdari ilə görüşməkdən çox şadam. Əminəm ki, ölkələrimiz arasında strateji əlaqələr və əməkdaşlıq bundan sonra da möhkəmlənəcək və dərinləşəcəkdir. Sarsılmaz və güclü dəstəyə görə təşəkkür edirik!”, - C.Bayramov qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə