Ukraynanın keçmiş prezidenti Petro Poroşenko Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oynadığı rola, o cümlədən Rusiya-Ukrayna müharibəsində son əsir mübadiləsinə işarə edərək, Ərdoğanın bu müharibədə vasitəçilik edə biləcəyini bəyan edib. SİA xəbər verir ki, Poroşenko İtaliyanın ən yüksək tirajlı qəzetlərindən biri olan “Corriere della Sera”ya müsahibə verib.
Donbasda vəzifədə olduğu müddətdə çoxlu sayda məhbusun dəyişdirildiyini xatırladan Poroşenko, prezidentliyi dövründə 4 mindən çox məhbusun dəyişdirildiyini və bu rəqəmin 7 ayda 500-dən az olduğunu bildirib. Vəziyyətin fərqli olub-olmaması ilə bağlı suala Poroşenko belə cavab verib: "Hər şey dəyişib. Amma ortaq bir şey var: Ərdoğanın rolu. O, Krım tatarları ilə də razılığa gəlməkdə iştirak edib. O zaman ilk birbaşa görüş Putin və Ərdoğan arasında olub. İndi ortaqlıq Səmərqənddir" ifadələrdən istifadə edib.
Ərdoğanın taxıl böhranının həllində və indi də məhbus mübadiləsində rol oynadığını xatırladan Poroşenko, “Onun Putinə təzyiq etmək imkanı var: Bir çox rusların Türkiyədə maraqları var, amma eyni zamanda, Ərdoğan heç vaxt Krımın Rusiyaya birləşdirilməsini tanımayıb. Bu müharibədə vasitəçi ola bilər”-deyib.
Türkiyə Prezidentini Putinlə müqayisə edənləri xatırladan Poroşenko, "Mən bir Ərdoğan tanıyıram ki, bizə Bayraktar pilotsuz uçan aparatları verib bizə dəstək verir. Təbii ki, demokratiyanı qiymətləndirmək üçün bəzi kriteriyalar var, amma burada təhlükəsizlikdən danışırıq və Ərdoğan bizim ortağımızdır" sözlərini ifadə edib.
Poroşenkodan "Putinin Azov batalyonunun əsgərlərini azad etməsi qəribə deyilmi" sualına, "Putinin bütün təbliğatları qarşısında mümkünsüz heç nə yoxdur. Ərdoğan da bunu bilir. Mən Putinlə qarşılaşmalı oldum və bu barədə üç şey deyə bilərəm. Birincisi, ona heç vaxt etibar etməyin, çünki o, hər şeydə yalan danışır. İkincisi, ondan qorxmayın. Üçüncüsü, unutmayın ki, Putin yalnız gücün dilini başa düşür” cavabını verib.
Səfərbərliyin elan edilməsinin həssas bir vəziyyət olduğunu qeyd edən Poroşenko deyib: "Putin deyir ki, 6 min əsgər itirmişəm? Onda niyə 300 min ehtiyatda olan əsgəri səfərbər etməyə ehtiyac var? O, ölənlər, yaralananlar və itkinlər də daxil olmaqla ən azı 150 min insan itirib. Bu arada Rusiyada saxlanılan 2 min etirazçı var. İllərdir oxşar rəqəmlər müşahidə olunmayıb. Bunlar qeyri-sabitliyin siqnallarıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB