"Qeyri-müəyyən vəziyyət hər zaman sülhə təhdid yaradır" - SİYASİ EKSPERT ŞƏRH ETDİ
"Diplomatik görüşlərin keçirilməsi və təmaslar önəmlidir, dünya ictimaiyyətini iki ölkə arasında olan vəziyyətlə bağlı məlumatlandırmaq lazımdır". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, sabah yenidən müharibə alovlanarsa, dünyanın siyasi və diplomatik mərkəzləri reallığı daha yaxşı bilməlidir: "Düşünürəm ki, bu Ermənistana təzyiq vasitəsi kimi də istifadə olunur. Xüsusən Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlara beynəlxalq ictimaiyyətdən böyük gözləntilər var. Lakin dünya ictimaiyyətinin məlumatlandırılması da önəmlidir ki, qarşı tərəf sülh və danışıqlar prosesinə sadiq qalmasa, Azərbaycan sülhə məcbur etmək üçün digər vasitələri hər zaman gündəlikdə saxlayır. Çünki qeyri-müəyyən vəziyyət hər zaman sülhə təhdid yaradır".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB