Radikal müxalifət xalqımıza qarşı antimilli mövqe sərgiləyir ŞƏRH
Cənab Prezident İlham Əliyev ötən 19 ildə uğurlu fəaliyyəti, beynəlxalq miqyasda Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi, müdrik siyasəti, diplomatik qələbələri ilə torpaqlarımızın hərb yolu ilə azad edilməsinin tarixini yetişdirdi. Azərbaycan İkinci Qarabağ müharibəsinin qalibidir, Ali Baş Komandanımız və Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qəhrəmanlığı, əsgərlərimizin şücaəti nəticəsində 44 gün ərzində Azərbaycanın yeni tarixini qızıl həriflərlə tarixə yazdılar. Təəssüf ki, Prezidentimizin, dövlətimizin və ordumuzun uğurlarına kölgə salanlar, hətta bu uğurlara müxalif mövqedə dayananlar var. Onlar anlamırlar ki, hər bir dövlətin və millətin qarşısında müəyyən hədəfləri olmalıdır - Azərbaycanın da həmçinin. Bizim əsas hədəfimiz Azərbaycan Ermənistanla sərhəddə möhkəmlənmək, özümüzə aid əraziləri işğaldan xilas etmək və istehkamlar qurmaq olmalıdır. Bu, istənilən güclü dövlətin əsas vəzifəsidir.
Belə bir zamanda özlərini xalqın, millətin yanında olduqlarını göstərməyə çalışan radikal müxalifət Vətən torpaqlarının düşmən torpağından azad edilməsinə sevinmir, bununla da düşmən dəyirmanına su tökür, ümummilli dəyərləri unudaraq, itirdikləri “nüfuzu və gücü” bərpa etmək istəyirlər. Onların məqsədləri nəyin bahasına olsa da, hakimiyyətə gəlmək, maddi və inzibati resurslara yiyələnmək, məğlubiyyətlərinin seriyasının acığını indi adından danışdığı xalqdan çıxmaqdır. Radikal müxalifət və onun timsalında dövlətə qarşı çıxanlar başa düşməlidirki, heç bir hakimiyyət vətən övladının şəhid olmasını istəməz. Biz də məhz bu itkiləri azaltmaq üçün ixtiyarımızda olan müasir hərbi texnikadan istifadə edirik. Ancaq düşmənin də silahı və hərbi texnikası var və istər-istəməz bizim də qəhrəman oğullarımız şəhid olurlar. Əziz həmvətənlərimiz, gücümüz birlikdədir, fərqli fikirlərin əleyhinə deyiləm, ancaqAzərbaycan düşmənlə və onun havadarlarıyla mübarizə apararkən bizdən olanların bəziləri öz fikirləri ilə düşmən dəyirmanına su tökürlər. Belələrinə göstərməliyik ki, düşmənlə bu günkü mübarizəmiz dövlətimizin və xalqımızın təhlükəsizliyinin və rifahının artırılması üçündür. Azərbaycan Ordusu son qəhrəmanlığı ilə şəhidlərimizin qanı yerdə qoymadı və bundan sonra da qoymayacaq. Onların hər təxribatlarına adekvat cavab verərək canlı qüvvəsinə və hərbi texnikasına dağıdıcı zərbələr endirəcək. Ermənistana bu yolla izah edəcək ki, Azərbaycanın ərazi bütövlüyünü ərazisi kimi tanımasa və öz hücumlarına son qoymasa, onları da rahat həyat gözləmir.
Səlimə Yusibova
Tərtər rayon Heydər Əliyev Mərkəzinin direktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB