44 günlük Vətən müharibəsi çox mifləri dağıtdı ŞƏRH

44 günlük Vətən müharibəsi çox mifləri dağıtdı ŞƏRH

Tarix boyu ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımların və terror aktlarının sayı hesabı yoxdur. Ermənilərin içində bizə qarşı qaynayıb daşan kin, nifrət əsrlər boyu zərrə qədər də azalmayıb, əksinə, daha da artıb. Təəssüf ki, üstündən 100 il keçməsinə baxmayaraq, erməni düşüncə tərzi zərrə qədər dəyişməyib. Heç bir beynəlxalq qurum bu məsələ ilə bağlı öz mövqeyini ortaya qoymayıb. Ermənistanın bu cinayətkar əməllərinə, hüquq və qanun pozuntularına Beynəlxalq İnsan Hüquqları Təşkilatları bu haqsızlığa göz yumdu. Bu isə Ermənistanın danışıqlardan imtina edərək təxribata əl atması nəticəsində Azərbaycanın onlarla sülh dilində danışmasını mümkünsüz etdi. Azərbaycanın doğma torpaqlarını işğaldan azad etməsi nəticəsində ərazi bütövlüyünü bərpa etməsi tarixin ən yeni səhifəsi oldu. 44 günlük müharibə çox mifləri dağıtdı, istər döyüş, istər diplomatik, istərsə də informasiya sahəsində işğalçı ölkənin məğlubiyyəti nəinki Ermənistanı, onlara havadarlıq edən dövlətləri də məyus etdi. Qarabağ münaqişəsi artıq geridə qalıb. 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü ordumuzun rəşadəti, Şəhidlərimizin qanı, qazilərin canı bahasına 30 il işğal altında qalmış torpaqlarımızı azad etməklə haqqın, ədalətin bərqərar edildiyini bütün dünyaya göstərmiş oldu. Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan ordusunun döyüş qabiliyyətini aydın gördü. 30 il ərzində ordumuzun hərbi təchizatı yüksək səviyyəyə çatdırılmış, mükəmməl hərbi texnikalar satın alınmışdır. Həmçinin, rəşadətli ordumuzun igid əsgərləri düşmənə amansız zərbələr endirdi. Onların döyüş əzmi bütün dünyaya səs saldı. Vaxtilə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə susan dövlətlər, Beynəlxalq Təşkilatlar Azərbaycanın öz qüdrəti ilə əzəli torpaqlarını işğaldan azad etdiyinin şahidi oldular. Ordumuz kağız üzərində qalan BMT qətnamələrini öz gücünə icra etdi. Bütün dünya vətənpərvər xalqımızın öz prezidentini necə dəstəklədiyini, onun ətrafında sıx birləşdiyinin şahidi oldu.

Var olsun Ali Baş Komandanımız!

Yaşasın Azərbaycanımız!

Qarabağ Azərbaycandır!

Anar Əhmədov

YAP Kəlbəcər rayon təşkilatının mühasibi

Bütün xəbərlər Facebook səhifəmizdə