İşğaldan azad olunmuş ərazilərdə ötən ay 689 mina aşkar olunub - RƏSMİ

İşğaldan azad olunmuş ərazilərdə ötən ay 689 mina aşkar olunub - RƏSMİ

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən ay aşkarlanan minaların sayını açıqlayıb. ANAMA-dan SİA-nın sorğusuna cavab olaraq bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə ötən ay aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 2 353, tank əleyhinə 689 mina və 1 161 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 5 5523,74 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə